ADPU-nun Quba filialı “HIGHER EDUCATION IN THE REGIONS: REALITIES AND PERSPECTIVES” adlı Beynəlxalq Elmi Konfransa ev sahibliyi etdi

26.11.2021
ADPU-nun Quba filialı “HIGHER EDUCATION IN THE REGIONS: REALITIES AND PERSPECTIVES” adlı Beynəlxalq Elmi Konfransa ev sahibliyi etdi

Noyabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 30 illiyinə həsr olunmuş “”REGİONLARDA ALİ TƏHSİL :
REALLIQLAR VƏ PERSPEKTİVLƏR” adlı Beynəlxalq Elmi Konfransı keçirilmişdir. Konfrans 25-26 noyabr 2021- ci ildə Zoom proqramı vasitəsilə Azərbaycan, Türkiyə, Şimali Kipr, Moldova və Qırğızıstan ali təhsil mərkəzlərinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.Konfrans öz işinə filialın direktoru dosent Yusif Aliyev və filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Sərxan Cəfərovun moderatorluğu ilə başlamşıdır.
Əvvəlcə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru prof.Cəfər Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru-Prof. Asəf ZAMANOV, Türkiyə Qafqaz Universitetinin rektoru prof.Hüsnü Kapu, Qırğızıstan Təhsil Akademiyasının Vitse-prezidenti-Prof. Ulanbek MAMBETAKUNOV , Tiraspol Dövlət Universitetinin rektoru- Prof. Eduard COROPCEANU, Girne Amerikan Universiteti, Beynəlxalq Multicultural Department Direktoru, GAÜ Media Fakültəsi Akadenisyeni –
Dr. Orhan HASANOGLU, AMEA H.Əliyev adına Coğrafiya İnstitunun baş direktoru- Prof. Zakir EMINOV , Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin BAYRAMOV, Bursa Uludağ Universiteti Təhsil Fakültəsinin Dekanı-
Prof. Salih ÇEPNI iştirakçıları salamlayaraq, çıxış ediblər.
Konfransa ümumilikdə 6 (Azərbaycan, Türkiyə, Şimali Kipr, Qırğızıstan, Moldova, İndoneziya) ölkədən olmaqla 50-yə yaxın iştirakçı müraciət etmiş, göndərilən məqalələrdən 30 elmi heyət tərəfindən konfransda məruzə edilmək üçün qəbul edilmişdir.Onu da qeyd edək ki filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Sərxan Cəfərov da konfransın Təşkilat komitəsində yer almışdır.
XXI əsrin Ali təhsili: reallıqlar və çağırışlar, ali məktəb – elm, təhsil, mədəniyyət mərkəzi,həmçinin regionların inkişaf perpektivlərundə ali məktəblərin rolu və yüksəkixtisaslı kadr hazırlığı: sinergetik və innovativ yanaşma mövzularından iştirakçılar danışaraq, öz regionları barəsində mövcud məlumatları bildirmişlər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, fizika üzrə fəlsəfə doktoru dosent Yusif Alıyev, onunla bərabər filialın əməkdaşları dos.Həmzəyev Güləddin, Seyidməmmədov Şixəmməd, İsmayılova Əminə, Cəfərov Sərxan, Abayev Yusif, Şeydayeva Aysel, Həmzəyeva Günel, Əhmədov Elbrus, Bayramova Nübar, Rzayeva Pərvanə, Şixəmmədov Əmirağa, Kərimova Vüsalə, Məmmədova Mehriban və digərlərinin də elmi tədqiqatları konfrans materiallarında yer almış, iştirakçılar məqalə və məruzələrlə çıxış etmişlər.

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?