8 Noyabr – Zəfər Gününə həsr edilən interaktiv mühazirə keçirilib

ADPU-nun Quba filialında keçirilən mühazirədə filialın direktoru dos Y.Alıyev, Şəhid anası Xalidə Niftəliyeva, Şəhid atası Söhrab Niftəliyev, Çingiz Məmmədov, Şəhid ailəsi Günel Məlikova, Xədicə Məlikova, müharibə iştirakçıları Elvin Seyfəddinov, Ayaz Tahirov, Səfa Mərdanov, filialın professor müəllim və tələbə heyəti iştirak edib.

Məruzəçi Aytac Səlimova doğma Qarabağın düşmən tapdağından azad olduğu, yenidən dirçəldiyi o möhtəşəm Zəfər Günü haqqında məlumat verib, daha sonra gənclər Nərmin Orucova, Cəvahir Qocayeva, Şəbnəm Abdullayeva, Səma Asəfova Qarabağın iqtisadiyyatı, mədəniyyəti haqqında çıxış ediblər. Nicat Piriyev tarda Qarabağ şikəstəsi ifa edib, tələbələr Rəşad Abdullayev, Əhməd Əliyev, Mehrab Musayev və digərləri şəhid Xudayar Yusifzadənin ifasında səslənmiş “Vətən yaxşıdır” musiqisini canlandırıb. Daha sonra TGT fəalları olan tələbələr Qənbər Abbaslı (Şəhid atası şeiri- müəllif Qənbər Abbaslı), Rəmziyyə Abdurəhmanova (Şəhid anası – müəllif tələbə Rəmziyyə Abdurrahmanova), Əhməd Əliyev, Rəşidə Həsənova, Səma Asəfova ünvanlı şeirlərlə Şəhid ailələrini, müharibə iştirakçılarını böyük ehtiramla səhnəyə dəvət edib, onları dinləyiblər.
Şəhid valideynləri Azərbaycan xalqının qəhrəman övladları Mehrab Niftəliyevin, Ürfan Məmmədovun, Aqil Məlikovun cəsur, örnək döyüş yolundan bəhs edib, onlarla bütün xalqın necə fəxr etdiklərini çox yüksək şəkildə vurğulayıblar.Şəhid valideynləri həm də tədbirin tərbiyəvi əhəmiyyətinin gənclər üçün önəmindən bəhs ediblər.Onlar qeyd ediblər ki, Sentyabrın 27-də başlanan əks hücum əməliyyatı fitnəkar düşmənin sonunda öz məğlubiyyətini anlayaraq, noyabrın 10-da kapitulyasiya aktının imzalaması ilə sona çatmışdır.
44 gün… Cəmisi 44 gün çəkmiş olan Vətən müharibəsinin sonu 30 il ərzində həsrətlə gözlənilən Qələbə ilə bitmişdir. Azərbaycan Ordusu bu zaman ərzində Azərbaycanın işğal olunmuş bütün torpaqlarını geri qaytarmış və bütün dünyaya özlərindən sonra misli görünməmiş qəhrəmanlıq salnaməsi buraxmışdır.Bu salnamə isə Mehrab kimi, Aqil kimi, Ürfan kimi oğulların sayəsində əldə edilib.
Sonra söz müharibə iştirakçıları filialın tələbələri Elvin Seyfəddinov, Ayaz Tahirov, Səfa Mərdanova verilib Onlar keçdikləri qəhrəman döyüş yolundan, Vətən müharibəsinin canlı və örnək şahidləri kimi bəhs ediblər.
Daha sonra çıxış edən direktor dos. Y.Alıyev qeyd edib ki, Qarabağda başlanan uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.
Kapitulyasiya aktına görə isə bir güllə atmadan noyabrın 20-si Ağdam, noyabrın 25-i Kəlbəcər, dekabrın1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı,

Təbii ki, bütün bunları qeyd edərkən, strateji üstünlüyü və Qələbəni təmin etmiş Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin siyasətindən, informasiya müharibəsində də qalibiyyətindən, qardaş Türkiyənin dəstəyindən, xalq iqtidar birliyindən danışmamaq olmaz.
Bəli, Azərbaycan xalqı bu Qələbəni asanlıqla əldə etmədi, bunu canlarından və qanlarından keçmiş Vətən oğullarının sayəsində əldə etdi, bunu bitib tükənmədən daima qəlbi Ordumuzun yanında döyünən Xalqın sayəsində əldə etdi, bunu hər daim Azərbaycanla birgə mübarizə aparan Ali Baş Komandanın sayəsində əldə etdi. Və bu həmrəyliyini hamıya nümayiş etdirdi. Bundan sonra bütün dünya bilsin və eşitsin ki, Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var! Qarabağ Azərbaycandır! Yaşa Azərbaycan!
Sonda Şəhid ailələrinə və müharibə iştirakçılarının valideynlərinə Minnətdarlıq məktubları ünvanlanıb.
Tələbə Gənclər Təşkilatının (TGT) fəallarlnın müxtəlif obrazlarda hazırladıqları kompozisiya nümayiş olunub, xatirə şəkli çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir