ADPU-nun Quba filialında tələbələrlə görüş təşkil olunub

06.01.2023
ADPU-nun Quba filialında tələbələrlə görüş təşkil olunub
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) ADPU -nun Quba filialında rayonun müxtəlif təhsil müəssisələrində təhsil alan tələbə gənclərlə görüş keçirib
Görüşdə filialın direktor müavinləri, direktor köməkçisi, Quba Gənclər və İdman İdarəsinin nümayəndələri, Yurd Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Quba nümayəndəliyinin direktoru Aytac Əhmədova, gənc könüllülər, filialın struktur rəhbərləri, gənc əməkdaşları, Quba Dövlət Sosial İqtisad Kollecinin tələbələri və tələbə təşkilatları da iştirak edib.
Görüşdə gənclər təşkilatlarının regionlarda tanıdılması və sosial bazasının artırılması, gənclər üçün yaradılan imkanlar, region gənclərinin gənclər təşkilatlarının fəaliyyətinə aktiv şəkildə cəlb edilməsi və gənclərlə iş sahəsi üzrə regionda gənclərin ictimai iştirakçılığa təşviq edilməsi kimi məsələlər müzakirə olunub, regionda gənclər təşkilatlarının həyata keçirdiyi layihələr, gənclərin təşkilatlara qoşulmaqla əldə edə biləcəyi imkanlar barədə məlumat verilib.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?