Müzəffər lider qalib oldu.

14.02.2024
Müzəffər lider qalib oldu.

ADPU-nun Quba filialında direktorun iştirakı ilə iclas keçiriilib.

İclasın açılışında 7 fevral tarixində Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin uğurla başa çatması və prezident seçkilərində YAP namizədi İlham Əliyevin yüksək səs çoxluğu ilə qalib gəlməsi sürəkli şəkildə alqışlanmışdır.

Bununla bağlı direktor dosent Yusif Alıyev ətraflı çıxış edərək növbəti 7 ildə Azərbaycanın əldə edəcəyi uğurlara toxunaraq ölkəmizin hər ötən gün daha da gücləmdiyini qeyd etdi.

Daha sonra dos.Güləddin Həmzəyev, Mürvət Əliyev, Nəhayət Şirinova, Zaur Muradov çıxış edərək qeyd etdilər ki, builki prezident seçkiləri ölkəmizin tarixində böyük əhəmiyyətə malikdir. Bu seçkilər xalqımızın həyatında önəmli bir hadisədir. Bunu önəmli edən əsas hadisələrdən biri ondan ibarətdir ki, artıq müstəqil Azərbaycan dövlətinin ərazisi tam bərpa olunub.Azərbaycan xalqının gözü aydın olsun. Hələ qarşıda görüləcək işlər var. Azərbaycanın daha da inkişafı və çiçəklənməsi üçün hər şeyi edə biləcək yeganə şəxs məhz İlham Əliyevdir. Ona görə də, bu seçkilər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.Çox sevinirik ki, Zəfər seçkilərində xalqımızın müzəffər lideri qalib oldu.Bayramımız mübarək!

и ещё 12

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?