ADPU -nun Quba filialında “Musiqinin terapiyada, tərbiyədə və məktəbəqədər yaş dövründə rolu” adlı elmi seminar təşkil edilib

28.12.2022
ADPU -nun Quba filialında “Musiqinin terapiyada, tərbiyədə və məktəbəqədər yaş dövründə rolu” adlı elmi seminar təşkil edilib
27 dekabr 2022-ci il tarixində filialda təşkil edilən elmi seminar Humanitar və sosial elmlər fakültəsinin Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi Bəylərova-Ələkbərova Bahar Elxan qızının və “Məktəbəqədər təlim tərbiyə” ixtisası üzrə IV tədris ili tələbələrinin təşkilatçılığı ilə 27 dekabr 2022-ci il tarixində, filialın II tədris binasının Akt zalında keçirilib.
Seminarda filialın direktoru f.e.d Yusif Alıyev, Riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı v.m.i.e.İ.Mahmudov, Humanitar və sosial elmlər fakültəsinin dekanı v.m.i.e. A.Şeydayeva, əməkdaşlar və tələbələr iştirak edib.
Tədbiri giriş nitqi ilə filialın “Tarix, pedaqogika və sosial elmlər” kafedrasının “Musiqinin tədrisi metodikası” fənnini tədris edən Bahar Bəylərova-Ələkbərova açıq elan edib, tədbir iştirakçılarını salamlayıb. Tədbirin musiqi dərsi formatında təkşil olunduğu dinləyicilərin diqqətinə çatdırılmışdır. Musiqinin insan həyatında, psixologiyasında, tərbiyəsində, terapiyasında rolunu və bu aspektlərdə aparılan tədqiqat işlərinin əhəmiyyətini vurğulayan Bahar Bəylərova-Ələkbərova musiqi terapiyası ilə bağlı təqdimat etmişdir. Şamanların dövründən başlayaraq, Misir, Osmanlı, Səlcuq, Azərbaycan, Avropa tarixində musiqi terapiyasının tarixi , eyni zamanda əvvəlki illərdə taşkilatçılığını etdiyi Musiqi terapiyası konfransı və Beynəlxalq musiqi terapiyası konfranslarından (6 ölkədən qatılan 21mütəxəssis iştirakı ilə) bəhs etmişdir. Ən qədim dövrrdən günümüzədək musiqinin keçdiyi yolu, bu istiqamətdə tədqiqat aparan tədqiqatçılar, yazılan kitablar haqqında da məlumat vermişdir.
“Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə IV qrup tələbələrinin “Musiqinin məktəbəqədər yaş dövründə rolu” istiqamətində tədqiq etiyi məqalələrdən hazırlanmış seminarın “Musiqinin tərbiyədə rolu” tələbələr tərəfindən təqdim edilmişdir:
 Mirzəyeva Fidan– Musiqinin ana bətnindəki körpəyə təsiri ilə bağlı İngiltərədə aparılmış tədqiqat nümunəsi;
Rəqsanə Əsgərova – Musiqili təlimin və tərbiyənin fiziki və əqli inkişafa faydaları (“Suzuki” metodu);
Qayıbova Ayşən – Musiqili təlimin və tərbiyənin fiziki və əqli inkişafa faydaları (“Kodali” və “Orff” metodları);
Hüseynova Nərminə – Əqli geriliyi olan uşaqlarda zərb alətləri ilə musiqi bacarıqlarının inkişaf etdirilməsi “Orff” metodu yanaşması; “Əqli geriliyi olan uşaqların musiqi məşğələlərində zərb alətlərindən istifadənin onların musiqi bacarıqlarına təsiri” tədqiqat;
Ritm dərslərinin hər yaş qrupunda əhəmiyyətini qeyd edən Bahar Bəylərova-Ələkbərova tələbələr ilə ritm ifa etdilər. Musiqi alətləri ilə ifa edilən ritm çalışmalarının əhəmiyyəti vurğulanmışdır. Məktəbəqədər müəssisədə fəaliyyət üçün hazırlanan müəllimələrin hər dərsi gələcəkdə keçəcəyi dərs modelinə uyğun təşkilinin əhəmiyyəti vurğulanmışdır.
Təqdimatlar davam etmişdir:
Adıgözəlova Qönçə – Musiqinin şəxsiyyət və sosial inkişafa töhfəsi;
Dadaşova Zöhrə, Mütəllimova Fəxranə – Musiqinin emosional və intellektual inkişafa töhfəsi;
Kərimova Gulay – Musiqi autizmli uşaqların müalicəsi və təhsilində də təsiri; Musiqi seçimlərinin formalaşması;
Səriyyə Musayeva – Musiqinin uşağa koqnitiv, psixomotor və emosional cəhətdən təsiri
Mütəllimova Fəxranə – Musiqi və dil;
Tahirova Qumru – Musiqi və motorik inkişaf.
Çıxışları musiqi eyni zamanda mədəniyyət kod daşıyıcısı olaraq da vacibdir. Erkən yaşlarında hafizəyə yerləşmiş musiqi quruluşu, musiqi dinləyən insanı, o musiqinin məzmununun daşıdığı mədəniyyət kodlarına da sonuna qədər açıq hala gətirir ifadələri ilə yekunlaşdıran müəllimə tələbələrə təşşəkürünü bildirmişdir.
Hər dərs not ölçülərinə görə ifa, mahnı ifası icrasını diqqətə çatdırdıqdan sonra tələbələrin hazırladığı “Günəş olaram məndə” mahnısını ifa etmişdilər. Mahnı seçiminin səbəbini qeyd edərkən uşaqlığın ən saf halını tərənnüm edən mahnı vasitəsi ilə hər kəsin içindəki uşağı xatırlaması, məktəbəqədər, məktəb və ali təhsil müəssisələrində uşalıqlarını unudan müəllimlərin xoş olmayan davranışlarının bir səbəbi kimi vurğulanmışdır. İnsan hiss etmədiyi hiss etdirə bilməz yanaşmasını öndər tutaraq tələbələrin hər dərsi məktəbəqədər müəssədə təşkil edəcəkləri musiqi məşğələsi formasında təşkil edilmişdir.
Sonda tələbələr dərs proseslərindən hazırladıqları video çarxı təqdim etmiş və bu fənnin tədrisinin onlara öyrətdiklərindən bəhs etdilər.
Elmi seminarın sonunda təkliflər irəli sürüldü:
 Məktəbəqədər müəssisələrdə, məktəblərdə, ali təhsil müəssisələrində təhsilalanların şəxsiyyət kimi formalaşmasının, motivasiyasının, estetik-tərbiyəsinin, təlim nəticələrinin yüksəldilməsi üçün dövrün və gənc nəslin maraq və tələblərinə uyğun yeni üsullar, yeni metodikaların tətbiqi daha məqsədəuyğundur;
 Musiqi, Psixologiya və Pedaqoji Psixologiya ixtisaslarının əlaqəli keçilməsi istiqamətində kadr hazırlığına başlanılmalıdır. Kadr hazırlığı zamanı musiqinin tədrisi “ikinci dərəcəli” kateqoriya kimi qəbul edilməməlidir. Bu sahədə yeni elmi-praktik tədqiqatların aparılmasına ciddi ehtiyac vardır;
 Musiqinin tədrisi metodikası proqramlarının hazırlığında psixoloqlar, neyro elm mütəxəssisləri və s. uyğun sahələrin mütəxəssislərinin iştirakı təmini məqsədə uyğundur;
 Azərbaycanda Musiqi terapiyası ixtisasının yaradılması istiqamətində addımlar atılması məqsədə uyğundur.
Elmi seminarın sonunda filialın Humanitar və sosial elmlər fakültəsinin dekanı v.m.i.e. A.Şeydayeva təəssüratlarını paylaşaraq qeyd etmişdir ki, seminarın əhəmiyyəti, tələbələrin hazırlığı müəllimin zəhmətinin yüksək olduğundan xəbər verir. Filial direktoru f.e.d. Y.Alıyevin kadr seçimindəki uğuru bu gün tələbələrə öz ixtisaslarını sevdirir,,onların savadlı və peşəsini sevən mütəxəssislər kimi formalaşmasında böyük rol oynayır. Bu gün Bahar Ələkbərova- Bəylərovanın “Məktəbəqədər təlim tərbiyə” ixtisasının tələbələri ilə hazırladıqları təqdimatlar müəllim əməyinin bariz nümunəsidir.
Sonda xatirə şəkli çəkdirilib.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?