ADPU-nun Quba filialının məzunu ali təhsil müəssisəsindəki dəyişikliklərlə tanış olub

01.06.2023
ADPU-nun Quba filialının məzunu ali təhsil müəssisəsindəki dəyişikliklərlə tanış olub

ADPU-nun Quba filialının məzunu ali təhsil müəssisəsindəki dəyişikliklərlə tanış olub

ADPU-nun Quba filialının “Riyaziyyat informatika” müəllimliyi ixtisasının 2019-cu il məzunu, Quba rayonu Qəçrəş kənd tam orta məktəbinin riyaziyyat müəllimi Taleh Həsənov 11-ci sinid şagirdləri ilə birlikdə ADPU-nun Quba filialındakı yenilikərlə tanış olub.

Tanışlıq görüşü zamanı filialın İKT şöbəsinin müdiri Yusif Abayev filialda direktor dosent Yusif Alıyevin rəhbərliyi altında görülən işlər, son illərdə açılan yeni ixtisaslar barədə məlumat verib. O, müəllimlərin peşəkarlığı, yeni informasiya-kommunikasiya texnologiyalarındən istifadə bacarıqları, kitabxana təminatı kimi məsələlərə oxunub. Şagirdlər Heydər Əliyev məktəb – lektoriyası, Kitabxana və elektron resurslar şöbəsi, İKT laboratoriyası, İnkluziv təhsil laboratoriyası, auditoriyalarla, Böyük akt zalı ilə tanış olub, tanışlıq zamanı qeyd edilib ki, ADPU-nun Quba filialı fəaliyyətində daim tələbə məmnuniyyətini əsas prioritetlərədən biri hesab edir.

Taleh Həsənov da bildirib ki, filialdakı infrastruktur yenilənməsi, maddi-texniki bazanın zənginləşməsi göz qabağındadır. O, həm də ali təhsil aldığı universitetlə məzun olaraq əməkdaşlıqdan qürur duyduğunu söyləyib.

Görüşün sonunda əməkdaşlar və məktəblilər xatirə şəkli çəkdiriblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?