ADPU-nun Quba filialında Biznes inkişaf yazarı Nadir Adilmanın kitablarının təqdimatı keçirilib

ADPU-nun Quba filialında Biznes inkişaf yazarı Nadir Adilmanın kitablarının təqdimatı keçirilib

ADPU Quba filialında yazıçı, hüquqşünas Nadir Adilmanın kitab təqdimatı keçirilib. Tələbələrlə görüş zamanı Nadir Adilmanın müəllifi olduğu “Könüllünün özəl kitabı” əsərinin 3 nəşri təqdim edilib.
Biznes, mentor, işgüzar inkişaf yazarının kitab təqdimatında filialın direktoru dosent Yusif Alıyev, tədris və elmi işlər üzrə direktor müavini İsmayıl Mahmudov, tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Kitabxana müdiri Samirə Hacıyeva, direktor köməkçisi Mürvət Əliyev,  filialın tələbə kollektivi və digərləri iştirak ediblər. Filialın Kitabxana şöbəsi tərəfindən sosial məsafə gözlənilməklə təşkil olunan görüşdə yazarın daha öncəki kitabları barədə də məlumat verilib. Çıxış edən dosent Yusif Alıyev bildiib ki, N. Adilmanın “Yaxşı səhiyyə və rifah”, “Keyfiyyətli təhsil”, “Gender bərabərliyi”, “Sərfəli və təmiz enerji”, “Layiqli əmək və iqtisadi artım”, “Məqsədlər üçün tərəfdaşlıq”, “Sənaye, innovasiya və sturuktur” kitabları müasir dövrün yaşam tələblərinə cavab verəcək şəxiyyətin yetişməsində mühüm rol oynayır.
Təqdimatı giriş sözü ilə açan direktor Yusif Alıyev həm də qeyd edib ki, pandemiya dövründə təhsilin distant qaydada təşkil olunması gənclərin sosial həyatda aktivliyini daha da zəruri edir. Direktor həmçinin gənclərin mütaliəyə marağının zəruriliyini qeyd edib. Bildirilib ki, bu tip təqdimat görüşləri tələbələri mütaliəyə təşviq etməklə yanaşı, onların stimullaşdırılmasında da böyük rol oynayır.
Tədbir zamanı həmçinin yazarın üslubu, fərdi inkişaf kitablarına üstünlük verməsi və s. məsələlər vurğulanıb. Bildirilib ki, könüllünün özəl kitabı işgüzar inkişafında, karyerasında müvəffəqiyyət qazanmaq istəyən, istər cəmiyyətdə, istərsə də kollektivdə könüllü olaraq ilk addımlarını atan gənclərə, hazırda könüllü olan tələbələrə, həmçinin ayrı-ayrı qurumlarda könüllülərlə işləyən əməkdaşlara ünvanlanıb.
Sonda yazar Nadir Adilman yaradıcılığının daha geniş areala çatdırılmasına və bütün gəncləri əhatə etməsi məqsədilə direktor dosent Yusif Alıyev filialın kitabxanasına təşəkkürünü bildirib, vurğulayıb ki, yaxın günlərdə yazarla onlayn görüş keçiriləcəkdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?