Quba filialının Riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı Nübar Bayramova “Yanaşma tərzi” adlı seminarda iştirak edib
Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən region ümumi təhsil məktəblərinda fəaliyyət göstərən psixoloqlar üçün “Yanaşma tərzi” adlı yeni layihəyə start verib.
Layihə çərçivəsində silsilə görüşlərin ilin sonuna qədər davam etdirilməsi nəzərdə tutulur.
Bu dəfə Quba rayon ümumtəhsil məktəblərinin psixoloqları ilə təşkil olunan seminara təlimçi qismində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı Nübar Bayramova dəvət olunub. Seminarda məktəb psixoloqları ilə psixologiya anlayışı və sağlam psixoloji yanaşma, problemin müəyyən edilməsi, sağalma və yaxşılaşdırma prosesi, şüur və şüuraltı, “sağlam eqo” anlayışı, “düşüncə-hiss-əlamət” döngüsü haqqında danışılıb.