ADPU-nun Quba filialında İrəvan Müəllimlər Seminariyasının 140-illik yubileyi münasibətilə olimpiadanın birinci turu uğurla başa çatıb

02.12.2022
ADPU-nun Quba filialında İrəvan Müəllimlər Seminariyasının 140-illik yubileyi münasibətilə olimpiadanın birinci turu uğurla başa çatıb
ADPU-nun Quba filialında İrəvan Müəllimlər Seminariyasının 140-illik yubileyi münasibətilə riyaziyyat, Azərbaycan dili, tarix, coğrafiya, xarici dili (ingilis dili) fənləri üzrə Fənn olimpiadası keçirilib.
Olimpiadada ümimilikdə 73 tələbə 5 fənn üzrə iştirak etmişdir. Azərbaycan dili fənni üzrə 25 tələbə, tarix fənni üzrə 10 tələbə, Xarici dil (ingilis dili) fənni üzrə 15 tələbə, Coğrafiya fənni üzrə 10 tələbə, riyaziyyat fənni üzrə 13 tələbə olimpiadada iştirak etmişdir. Təşkilat komitəsi tərəfindən əvvəlcədən müəyyən olunmuş 20 bal limitini Azərbaycan dili fənni üzrə 6 nəfər, tarix fənni üzrə 2 nəfər, coğrafiya fənni üzrə 5 nəfər keçmişdir. Riyaziyyat fənni üzrə isə heç bir tələbə limiti keçə bilməyib. İngilis dili test üsulu ilə olduğu üçün tələbələrə 25 sual əsasında variantlar tərtib edilmiş və limit olaraq 20 bal müəyyən edilmişdir və bu fənn üzrə də 5 tələbə həmin limiti keçə bilmişdir.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?