ADPU-nun Quba filialında Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlara dair müşavirə keçirilib.

ADPU-nun Quba filialında Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlara dair müşavirə keçirilib.

Dekabrın 4-də ADPU-nun Quba filialında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasətə, məqsədyönlü iqtisadi və sosial islahatlara həsr olunmuş geniş müşavirə keçirilmişdir.

Müşavirədə filialın direktoru dosent Yusif Alıyev, filialın professor-müəllim heyəti, struktur bölmə rəhbərləri, Tələbə Gənclər Təşkilatının, Tələbə Elmi Cəmiyyətinin, Tələbə Həmkarlar Təşkilatının sədrləri, kollektivin digər üzvləri iştirak ediblər. Müşavirəni giriş nitqi ilə açan dosent  Yusif Alıyev Prezident İlham Əliyevin son üç ayda həyata keçirdiyi daxili və xarici siyasətin təhlilinə ekskurs edib. Bildirdi ki, oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Prezident İlham Əliyevin öz çıxışında sərt və qətiyyətli şəkildə “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə erməni cəmiyyətinə və dünyaya dönməz Azərbaycanın mövqeyini və tələbini yetirmiş oldu.

Dosent Y.Alıyev daha sonra Prezident İlham Əliyevin Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasındakı çıxışa toxunmuşdur. Bildirmişdir ki, cənab Prezident tarixi çıxışında Ermənistanın baş naziri Nikol Paşinyanın birbaşa üzünə ermənilərin gizlin xislətini açaraq, onların alman faşistlərinə xidmət etmiş, Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edən cəllad, satqın Qaregin Njdenin Yerevanın mərkəzində heykəlinin qoymasını bəşəriyyətə qarşı yönəlmiş faşizmin təbliğatçısının qəhrəmanlıq nümunəsi kimi verilməsini utancverici bir hal kimi qeyd edərək Azərbaycan torpaqlarını işğal edən, milyondan çox insanını öz yurd-yuvasından qovan düşmənimizin əsl simasını dünyaya açıq-aydın görk etmişdir.Oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü isə Azərbaycan xalqının siyasi lideri Prezident cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan diplomatiyasının, siyasətinin böyük qələbəsi kimi tarixə düşdü. Həmin görüşdə Qoşulmama Hərəkatına üzv olan 120 ölkənin dövlət və hökümət başçılarının, nazirlərinin, həmçinin BMT-nin, Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatının, əlavə olaraq müşahidəçi statusu ilə 17 dövlətin iştirakı ilə çox ciddi və qlobal əhəmiyyət daşıyan bu təşkilatın sədrliyinin Azərbaycana verilməsi və Zirvə Görüşündə 4 yekun sənəd imzalanması baş verdi, deyən dosent Yusif Alıyev bu sənədlərin üçündə Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın xarici siyasətinin prioritetləri ilə bağlı maddələrin daxil edildiyini və dördüncü sənədin isə Azərbaycan Respublikası hökumətinə və xalqına təşəkkür və həmrəylik Sənədi olduğunu qeyd etdi. BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərakatının sədrliyinin Azərbaycana verilməsinin müstəqilliyimizin 28-ci ilində qazanmış olduğumuz ən böyük uğur olduğunu və bu uğurun da müstəqilliyimizin ən böyük qarantı olduğunu qeyd edən dosent Yusif Alıyev buna görə bütün müşavirə iştirakçıları adından və ADPU-nun Quba filialının bütün kollektivi adından cənab Prezidentə minnətdarlıqlarını bildirdi.

Sonra 14 noyabrda Bakıda müxtəlif dini konfessiya və təriqət liderlərinin, müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın multikultural və tolerant mədəniyyət nümunələrini Yer kürəsinin 5 qitəsinə yaydı. Dünyanın 70-dən artıq dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçilərinin qarşısında çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan həqiqətləri haqqında geniş məlumatlar verməsi Azərbaycanın bundan sonra da bu yolla sülh və barış carçısı kimi gedəcəyini bəyan etdi deyə dosent Yusif Alıyev bildirdi.
Vaxtilə Azərbaycanın haqq səsinin yetmədiyi, informasiyalarının doğru-dürüst qəbul olunmadığı təşkilatlara Azərbaycan artıq sədrlik edərək dünyaya müstəqil Azərbaycanın siyasətini, iqtisadi qüdrətini, hərbi gücünü, liderliyini nümayiş etdirdi. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün də uğurla davam etdirilən siyasət bir vaxtlar informasiya blokadasında yaşayan Azərbaycanı daha böyük uğurlu gələcəyə aparacaq, – deyə dosent Yusif Alıyev bildirdi.
Sonra Prezident cənab İlham Əliyevin 26 noyabr 2019-cu ildə Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubiley tədbirindəki çıxışına diqqət yönəldərək cənab Prezidentin bu çıxışda bir çox istiqamətlər üzrə bəlli tezislərin verildiyini söylədi. Dövlət başçısı öz çıxışında Azərbaycan xalqına çox qiymətli məlumatlar verib, növbəti illərdəki böyük hədəfləri müəyyən edib, son dövlərdə Azərbaycanda görülən işlərə, aparılan islahatlara toxunub. Azərbaycan təhsilinin, iqtisadiyyatının inkişafı ətrafında fikir bildirib, təhsilin maddi texniki bazasının yaxşılaşdırılması, əməkhaqlarının artırılması, şüurlu və məqsədyönlü kadr islahatlarının aparılması yönümündə görülən işləri diqqətə çatdırıb.
Dosent Yusif Alıyev bildirib ki, cənab Prezidentin çıxışı əslində hər bir vətəndaşın, təhsil işçisinin, gənc nəslin nümayəndəsinin qarşıya qoyduğu məqsədlərin hədəfini müəyyən edir. Qeyd edib ki, hər birimiz bu çıxışı diqqətlə izləməli, şüurlu yolumuzu daha əmin addımlarla getməli, gələcəyin inkişafı, dövlətçiliyin müdafiəsi üçün əlimizdən gələni əsirgəməməliyik. Dosent Yusif Alıyev əməkdaşları həm də ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi diqqət və qayğını, təhsilin inkişafı üçün gördüyü işlərə də nəzər salmağa çağırlb. Bildirib ki, Prezident İlham Əliyevin də dediyi kimi bu gün Azərbaycanın müstəqilliyi, inkişafı, bütövlüyü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Dosent Yusif Alıyev həm də filialda son zamanlarda Prezident İlham Əliyevin ölkədə apardığı məqsədyönlü islahatlarından qaynaqlanaraq görülən işlərdən, təhsilin inkişafı üçün atılan addımlardan danışaraq qeyd etdi ki, ölkədə siyasi sabitliyin hökm sürdüyü, iqtisadi və sosial inkişafın yüksəldiyi bir vaxtda hər birimizin borcu dövlətçiliyi müdafiə etmək, qorumaq, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmək olmalıdır.

Sonda dosent Yusif Alıyevin çıxışı ətrafında professor-müəllim heyəti tərəfindən müzakirələr və polemikalar aparıldı.

Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi

Müəllif: Yusif Abayev

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?