Xaricdə təhsil

03.10.2023
Xaricdə təhsil

5 oktyabr Dünya Müəllimlər Günü

Bizi ruhlandıran müəllimlər

Sara Marş

Dünya Müəllimlər Günü münasibətilə görkəmli insanlardan həmişə  xatırlayacaqları sevimli müəllimləri haqqında danışmalarını xahiş etdik.

Məni inandıracaq birinə ehtiyacım var

    Mən birinci böyük müharibədən dərhal sonra doğulmuş bir nəsildənəm, o zaman oxuyanların təhsil keyfiyyətini mənsub olduqları sinif müəyyən edirdi. Atam şaxtaçı idi, ona görə də təhsilim qısa və başdansovdu olmuşdu. Ardınca da atam kimi adamları işsizliyə düçar edən böyük depressiya gəldi, ondan sonra belə, adi fəhlə sinfinin təhsili təhlükə altında idi, çünki uşaqlar ailələrini aclıqdan qorumaq üçün işləməli idilər. Beləliklə, məktəblə bağlı bir neçə aydın xatirəm var, amma bir müəllim fərqlənir. Onun adı Doson idi, o, riyaziyyatdan dərs deyirdi, burunotu çəkir və dələduzlara qarşı çox səbirsiz idi. Onun dərsləri  xoşuma gəlirdi, lakin yeganə bir cüt ayaqqabımın tərliyi çıxdığı üçün sinfin  zorbaları məni ələ saldıqlarına görə dərslərə getməyi dayandırdım.

    Bir gün Doson məni parkda görüb, üzürsüz olaraq dərs buraxmağımı öyrənmək üçün qarşımı kəsdi. Mən ona çürüyən ayaqqabılarımı göstərib, ataları hələ də işləyən uşaqların mənim kasıblığımı ələ saldıqlarını dedim.

O, mənə təsəlli vermədi, əksinə ertəsi gün dərsdən sonra onunla görüşməyimi tapşırdı. Onu görməyə gələndə mənə qəhvəyi rəngli kağız çanta verdi, içərisində uclarına qəzet tıxasaydım, mənim ölçümdə olacaq bir cüt geyilmiş ayaqqabı var idi. Təşəkkür etmək istəyirdim ki, dedi: – Heç kəsə bir kəlmə söz demirsən.

    İnsan ləyaqətinin o sadə ədəb-ərkanı mənim üçün ən böyük dərs idi.

O, mənə həm böyük, həm də kiçik ədalətsizliklərlə mübarizə aparmaq cəsarətinə yiyələnməyimizin özümüzə və insanlığa borcumuz olduğunu öyrətdi.

Hari Lesli Smit ikinci dünya mühariəsi Britaniya Hava Qüvvələri (RAF – Royal Air Force ) hərbi veteranı, yoxsullar və sosial demokratiyanın qorunması aktivistidir. O, “Harrinin Son Duruşu” kitabının müəllifidir.

***

Mister Fiç mənim dilə olan sevgimi gücləndirdi

    Atam mənim alim olmağımı istəyirdi, eşidən də ki, universitetdə humanitar elmlər üzrə ingilis dilini öyrənəcəyəm, bunu “beynin israfı” adlandırdı. Dilə olan marağıma görə 6-cı sinifdə ingilis dili müəllimim mənim üçün daha çox əhəmiyyət kəsb edirdi. Gələcəyimi həsr edəcəyim bir fənnin buna dəyərı olduğuna məni inandıracaq birisinə ehtiyacım vardı.

    İlk baxışda Mister Fiç belə adama oxşamırdı. O, eksentrik, qalstuk taxan və fürsət olduqca dərsə içkili gələn bir müəllim idi. Lakin onun bir sevgisi də vardı: ədəbiyyat. O, müasir müəllim deyildi – ən azından, xarakter- müəllimliyi vardı, “Bili Banter” kitabında olduğu kimi. Lakin onun bədii qiraət səsini hələ də xatırlayıram.

    Belə anlar mənim dilə olan sevgimi daha da artırdı. “Beynin israfı” olub olmamasından asılı olmayaraq, bəziləriniz bəlkə də atamla razılaşa bilərsiniz, uğur qazandığımı gördükcə Mister Fiç məni ingilis dilini doğru seçim etdiyimə inandırdı.

David Badiel komediya yazarıdır. “İnsan nəzarətçisi” kitabının müəllifidir.

Nəğmə müəllimim mənə öyrənmənin sonunun olmadığını öyrətdi

    Adlarını çəkə biləcəyim çox müəllim var, lakin hər dərsdə mənə III Riçardın partiyasını oxudan Salli Raulinin adını ucadan çəkmək istəyirəm. Bu partiyanın ifası mənə bir işi yaxşı görürsənsə, çox güman ki, onu səndən bir daha icra etməyini istəyəcəklərini öyrətdi.

 Nəhayət, Kral Akademiyasının (the Royal Academy Of Music) müəlliməsi

Anne-Mari Spiid, o, həm də orada ən yaxşı nəğmə müəllimlərindən biridir,

mənə öyrənməyin sonsuz olduğunu öyrətdi.

Viki Stoun ingilis standap komediyaçısı, actrisa və musiqiçisidir.

***

Mister Lebsir mənə ümumi nisbiliyi başa düşməyin açarını verdi

    Mənim məktəbim Mister Eyfel tərəfindən tikilmişdi – o, həm də qüllə tikmişdi – məktəb köhnə ağac və polad qoxuyurdu. Mən əksər on iki yaşlılar kimi, sanki diş həkiminin yanında otururdum – riyaziyyat dərsində. Dərsə fikir verməkdənsə hər kəs diqqətlə Mister Lebsirin üzünə baxırdı, acıqlananda sifəti qeyri-adi dərəcədə allanırdı – qəzəbi də qorxunc bir şey idi. Buna baxmayaraq, o, ən çox sevərək xatırladığım müəllimdir. Onun mühazirələri məni problem haqqında oyunla düşunməyin mümükün olduğuna inandırdı. Bir gün zəng çalınıb uşaqlar çıxdıqdan sonra mən geri dayandım.

    – Nə məsələdir, Galfard? – Mister Lebsir soruşdu.

    – Mən düz xəttin nə demək olduğunu başa düşmürəm, – sıxılaraq, utanaraq dedim.

    Təəccüblü budur ki, o, mənə lağ etmədi. Əksinə, ən vacib bir işim olanda getməli olduğum bir yerə necə getməli olduğumu soruşdu.

Mən dedim ki, ən qısa yol seçib tələsərdim ora. Müəllim dedi ki, ən qısa yol elə düz xətdir.

    On iki il sonra mən professor Stefan Hokingin aspirantı oldum. Oturub qələm kağızımla kosmonavtın qara dəliyin yanında uçmaqla üzləşdiyi kimi çətin vəziyyətdə onun nə etməli olduğunu düşünərkən Mister Lebsir və onun “qısa yolu” yadıma düşdü. Gülümsədim və eyni zamanda bu xatirə, mənə ümumi nisbiliyin nə olduğunu başa düşməyin açarını verdi.

Nəzəri fizika üzrə fəlsəfə doktoru dərəcəsinə malik Kristafor Galfard 2000-2006 illərdə Kembric universitetində Hokingin aspirantı olmuşdur. O, “Kainat əlinin içində” kitabının müəllifidir.

 “The Gardian” qəzeti

İngiliscədən çevirdi:

Rahib Alpanlı (Sədullayev), ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?