ADPU-nun Quba filialında keçirilən “Effektiv layihə təkliflərinin verilməsi və yazılması” mövzusunda təlim yekunlaşıb

18.07.2022
ADPU-nun Quba filialında keçirilən “Effektiv layihə təkliflərinin verilməsi və yazılması” mövzusunda təlim yekunlaşıb
Quba filialında təşkil edilən ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-tədris mərkəzi “Effektiv layihə təkliflərinin verilməsi və yazılması” mövzusunda təlim yekunlaşıb
Təlim Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının idarə heyətinin sədri, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, Baku-Oxford Schoolun müəllimi Rüfət Əsədzadə tərəfindən keçirilib.
Layihə təkliflərinin hazırlanması üzrə təlim kursunun proqramına aşağıdakı mövzular daxil edilib:
-Təlim kursunun təqdimatı, ön qiymətləndirmə (pre-test), İştirakçıların gözləntiləri, əsas qaydaların müəyyənləşdirilməsi, fandreyzinq nədir? layihə nədir? Təhsil Nazirliyinin Qrant Proqramının təhlili
Layihə təklifinin hazirlanmasi Prosesi, mühitin və ehtiyacların araşdırılması, ideyanın formalaşması, layihə təklifinin anatomiyasi, problemin qoyuluşu, məqsəd və Vəzifələr, nəticələr, Layihənin icra planı, Monitoring və Qiymətləndirmə, öyrəndiklərimiz, layihənin davamlılığı, layihə büdcəsinin planlaşdırılması, Layihənin icrası, risklərin idarəedilməsi, PR Strategiyası, hesabatların hazırlanması , Post- test, kursun qiymətləndirilməsi və s.
2 günlük təlim kursu aşağıdakı istiqamətlər üzrə aparılıb:
1. Universitetdən məzun olmuş yeni müəllimlik fəaliyyətinə başlayanlar üçün adaptasiya proqramları;
2.Tələbələrin şəxsi inkişafı üçün mentorluq xidmətininin təşkili;
3. Tələbələrin tədqiqata təşviqi;
4. Tələbələbələrin beynəlxalq mübadilə proqramlarında iştirakı;
5. Medodiki vəsaitlərin hazırlanması və dəstəyin göstərilməsi;
Qeyd edək ki, 2 günlük təlim müddətində filialın əməkdaşları Aysel Şeydayeva, Mürvət Əliyev, Hikmət Musayev, İmamverdi Məmmədov, Sərxan Ağası, Şəhriyar Laçınov, Emin Yarməmmədov da təşkilati məsələlərdə iştirak edib.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?