Xəmsə qrupunun təşkilatçılığı ilə bədii qiraət gecəsi keçirilib

ADPU Quba filialında tələbələrdən ibarət Xəmsə qrupunun təşkilatçılığı ilə bədii qiraət gecəsi keçirilib. Zoom platforması üzərindən onlayn qaydada baş tutan tədbirdə filialın tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Samirə Heydərova. Ramazan Qafarov, Ədəbiyyat və dillər kafedrasının müdiri Gülşən Ağabəy və qrup üzvləri iştirak ediblər.

Öncə filialın tələbəsi Aytac Ağazadə Xəmsə qrupunun fəaliyyəti, komanda üzvləri, görüşün məqsədi barədə  məlumat verib. Daha sonra isə oxuduğu kitablardan söz açıb. Bildirib ki, Yusif Çəmənzəmənlinin “Qızlar bulağı”, Yusif Səmədoğlunun “Qətl günü” əsərlərini mütaliə edib. Oxuduğu kitablarda bədii təsvir vasitələrindən istifadə məqamlarını xatırladıb.

Ramazan Qafarov tələbələrə uğurlar arzulayıb. Müsabiqədə 4 iştirakının mübarizə apardığını bildirib və tələbələrə oxuduqları əsərləri bir-bri ilə müqayisə etməyi, əlaqələndirməyi tövsiyə edib. Ermənilərin törətdiyi soyqırımın “Qətl günü” əsərində yaşananlarla müqayisədə daha dəhşətli olması vurğulanıb.

Tədbir tələbələrlə oxuduğu kitablar barədə sual-cavab formatında davam edib.  ADPU Quba filialının Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının I kurs tələbəsi Rumilə Mustafayeva oxuduğu kitabları sadalayıb. Kitabların məzmunu barədə məlumat verib. Sujet xəttini, öyrəndiklərini danışıb.

Filialın daha bir tələbəsi Aytac Mehralıyeva da oxuduğu 3 kitabın məzmunundan danışıb. Bildirib ki, kitabda əsasən, məqsədlərin planlaşdırılması, liderlik bacarığı  barədə biliklər əldə edib. “Çiçəklərin tanrısı” əsərinin məzmunu bəyəndiyini xüsusilə vurğulayıb.

Ədəbiyyat və dillər kafedrasının müdiri Gülşən Ağabəy çıxış edərək tələbələri sosial şəbəkələrdən ayırıb bədii kitab oxumağa sövq etməyi təqdirəlayiq hesab etdiyini bildirib.

Digər tələbə Höküməxanım Nuriyeva da oxuduğu Yusif Səmədoğlunun “Qətl günü” əsərini təhlil edib.

Sonda müsabiqə iştirakıları arasında sçeim aparılıb və Aytac Ağazadə kitab seçimi və təhlil qabiliyyətinə görə, 1-ci yerə layiq görülüb. Digər tələbələrə isə iştirakçı sertifikatı təqdim olunacağı bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir