ADPU -nun Quba filialının kollektivi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ili qeyd edib

05.01.2023
ADPU -nun Quba filialının kollektivi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ili qeyd edib
Tədbirdə əvvəlcə Filialın direktoru f.e.d.Yusif Alıyev çıxış edərək hər kəsi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, bildirib ki, Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Biz ölkə vətəndaşları olaraq müstəqilliyimizlə, ölkə Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə, dövlətimizin əldə etdiyi qələbə ilə, uğurlarımızla qürur duyuruq, uca Tanrıdan arzu edirik ki, 2023-cü il də bütün xalqımız üçün uğurlu və düşərli olsun. Bütün Şəhidlərimizə uca Allahdan rəhmət, qazilərimizə şəfa, şəhid ailələrinə, yaxınlarına, xalqımıza səbr arzulayıram.
Bayramınız mübarək olsun!
Tədbir maraqlı musiqilər, rəqslər Yeni il tortunun kəsilməsi, səmimi təbriklərlə yaddaqalan olub.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?