ADPU-nun Quba filialında imtahanlar başladı.

04.06.2024
ADPU-nun Quba filialında imtahanlar başladı.

3 iyun 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 2023/2024-cü tədris ilinin yay semestrinin yaz imtahan sessiyasına start verilib.

İmtahan prosesi 03.06.2024-cü il tarixindən 02.07.2024-cü il tarixinədək davam edəcək.

Qeyd edək ki, filialın direktoru fizika elmləri doktoru doaent Yusif Alıyevin tapşırığına əsasən imtahanların obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün bütün hazırlıq işləri görülüb.

İmtahan sessiyasının mövcud tələblərə uyğun, o cümlədən imtahan cədvəlləri üzrə müəyyən edilmış qaydada və qrafikdə keçirilməsinə nəzarət etmək və imtahanlarla bağlı digər çatışmazlıqları operativ şəkildə təmin etmək məqsədilə İmtahan Qərargahı yaradılıb.

İmtahan sessiyasında tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsindəki şikayətlərini araşdırmaq və düzgün qiymətləndirməni təmin etmək məqsədilə həmçinin Apellyasiya Komissiyası yaradılıb.

İmtahan prosesinin operativ və şəffaf keçirilməsi məqsədilə nəzarətçi heyəti imtahan prosesinə cəlb edilib.

Qeyd edək ki, yazılı və qismən şifahi formada keçirilən imtahanlarda cavabların yoxlanma qaydası çarpaz şəkildə təşkil edilmişdir.

İmtahanların ümumilikdə 36 qrup, 168 fən üzrə 2 növbədə keçirilməsi nəzərdə tutulub. Yay imtahan sessiyasında filial üzrə 1102 tələbədən 858 nəfər tələbə iştirak edir.

İmtahanlarda bütün tələbələrə uğurlar arzu edirik.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?