Təcrübə Komissiyası

04.07.2024
Təcrübə Komissiyası

20 iyun 2024-cü il tarixində ADPU-nun Quba filialında “Məktəbəqədər təhsil”, “İbtidai sinif müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “Təhsildə sosial-psixoloji xidmət ” ixtisaslarında pedaqoji internatura hesabatının müdafiəsi məqsədilə Təcrübə Komissiyaları öz işinə başlayıb.

Pedaqoji internatura hesabatının yarımqruplar üzrə təqdimatlarından əvvəl filialın direktoru dosent Yusif Alıyev Komissiya üzvlərini və təcrübə müddətini uğurla başa vurmuş tələbələri salamlayıb: “Unutmamalıyıq ki, müəllim təhsilimizin əsas bünövrə sütunlarından biri kimi həm də milli şüuru inşa edən, dövlətimizin və millətimizin mənəvi təhlükəsizliyini qoruyan mənəviyyat keşikçisidir. Bu səbəbdən də siz gənclərin bu müqəddəs peşəyə yiyələnmək yolunda hərtərəfli kadr kimi hazırlığı kollektivimiz üçün əsas vəzifələrdən biridir. Pedaqoji internatura hesabatı da sizlərin müəllim olmaq yolunda əldə etdiyiniz bilik, bacarıq və vərdişlərin son yekun təqdimetmə günüdür. İnanıram ki, hər biriniz sizlərə göstərilən etimadı doğruldacaq, əldə etdiyiniz keyfiyyətlərlə gələcəyin müəllimi olduğunuzu isbat edə biləcəksiniz” deyə fikirlərini çatdırıb.

Daha sonra təcrübəçi tələbələrin hesabatları Tədris şöbəsi tərəfindən təqdim edilmiş tövsiyə və tələblər nəzərə alınmaqla əvvəlcədən hazırlanmış auditoriyalarda qəbul edilib.

Qeyd edək ki, Təcrübə Komissiyalarında pedaqoji internatura hesabatlarının qəbul edilməsi müvafiq əmrə əsasən iyun ayının sonuna kimi davam edəcək.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?