“Hədəf ON”

27.02.2023
“Hədəf ON”
Fevralın 24-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialı Tələbələ Gənclər Təşkilatının (ADPU Quba TGT) təşkilatçılığı ilə “Hədəf ON” proqramı çərçivəsində Xocalı faciəsinin 31-ci il dönümü ilə əlaqədar Quba Soyqırım Memorial Kompleksinə tələbələrin ekskursiyası təşkil edilib.
Ekskursiyada ADPU Quba TGT sədri Nicat Piriyev, həmçinin Humanitar və sosial elmlər fakultəsinin Tarix, pedaqogika və sosial elmlər kafedrasının məllimləri Zəminə Qayıbxanova və İsmət Əhmədov iştirak edib.
Ekskursiya zamanı tələbələr Quba Soyqırım Memorial Kompleksinin daxilində yerləşən muzey və onun içərisindəki eksponatlarla tanış olmuşlar. Tələbələr öz tarixlərinə nəzər salmış və qan yaddaşlarını bir daha xatırlamışdır.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?