Quba filialında semestr imtahanlarında yenilik

10.01.2024
Quba filialında semestr imtahanlarında yenilik

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 9 yanvar 2024-cü il tarixində ilk dəfə olaraq Humanitar və sosial elmlər fakültəsinin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə “Uşaq ədəbiyyatı” fənnindən şifahi formada imtahan təşkil olunmuşdur. İmtahanda 24 nəfər tələbə iştirak etmişdir.

Qeyd edək ki, bu zamana qədər imtahanlarda 5 sualdan 1-inin şifahi olması halı mümkün idi. Lakin 2023/2024-cü tədris ilinin payız semestrdən artıq biletlərdə qeyd olunmuş 5 sualın da şifahi formada cavablandırılmasını tələb edən fənnlərdən də imtahanlar təşkil olunmaqdadır .

Hər birinizə uğurlar əziz tələbələr !

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?