ADPU-nun Quba Filialının bir qrup əməkdaşı “Yeni Azərbaycan Partiyası-26 il” adlı tədbirdə iştirak edib.

26.11.2018
ADPU-nun Quba Filialının bir qrup əməkdaşı “Yeni Azərbaycan Partiyası-26 il” adlı tədbirdə iştirak edib.

Noyabrın 20-də Quba Rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 26-cı ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının direktoru, professor Əli Allahverdiyev, filialın Tərbiyə işləri üzrə dierktor müavini, Yeni Azərbaycan Partiyası (YAP) Quba Rayon Təşkilatı  Qadınlar Şurasının sədri Aysel Şeydayeva, dekanlığın əməkdaşları  Nəhayət Şirinova, Zeynəb Ağayeva, Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Türkanə Abışova, Tələbə Gənclər Təşkilatının (TGT) sədri Həcər Seyidəhmədova da iştirak edib.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin (RİH) Başçısı Ziyəddin Əliyev, YAP Quba Rayon Təşkilatının sədri Yusif Abidov, YAP Quba Rayon Qadınlar Şurasının sədri Aysel Şeydayeva, ADPU-nun Quba Filialının əməkdaşı Zeynəb Ağayeva və digərləri çıxış edərək bu əlamətdar gün münasibətilə Azərbaycan xalqını təbrik edib, Yeni Azərbaycan Partiyasının fəaliyyətindən ətraflı danışıblar.

Tədbirin sonunda bir qrup  YAP fəalı təltif edilib.Filialın direktoru, professor Əli Allahverdiyev də həmçinin Yeni Azərbaycan Partiyasının yaradılmasının 26 illik yubileyi, partiya işinin gənclər arasında gücləndirilməsi istiqamətindəki xidmətlərinə görə YAP Quba Rayon Təşkilatının sədri Yusif Abidov tərəfindən Fəxri Fərmana layiq görülüb.

  • Mənbə: ADPU Quba filialı
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?