ADPU-nun Quba filialında “31 Mart – Azərbaycanlıların Soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

ADPU-nun Quba filialında “31 Mart – Azərbaycanlıların Soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

ADPU-nun Quba filialında “31 Mart – Azərbaycanlıların Soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

30 mart 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının, Quba rayon Gənclər və İdman İdarəsinin, və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “31 Mart – Azərbaycanlıların Soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında ulu öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Konfrans ulu öndər Heydər Əliyevin, soyqırım qurbanlarının və vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra açıq elan edilmişdir.

Konfransın moderatorluğunu Filialın Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi Zəminə Qayıbxanova edib.

Mövzu ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, fizika elmlər doktoru, dosent Yusif Alıyev, Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, “İrəli” İctimai Birliyinin İdarə Heyətinin sədri Şahin Rəhmanlı, Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev, Filialın Tarix müəllimliyi ixtisasının II kurs tələbəsi Namiq Qarayev , ermənilərin törətdikləri vəhşiliklərdən, onların əzəli torpaqlarımızda təşkil etdikləri terror aktlarından, bu soyqırımının, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Ümummilli lider Heydər Əliyevin rolundan çıxış edərək, gəncləri daha da vətənpərvər olmağa, tariximizi və Heydər Əliyev siyasi məktəbini öyrənməyə dəvət etdilər. Tədbirin rəsmi hissəsinin sonunda 31 Mart – Azərbaycanlıların Soyqırımından bəhs edən sənədli film nümayiş edildi. Daha sonra tədbirin təşkilatçılarının kollektivi və tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərək, soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzmüş və onların xatirəsini dərin ehtiramla yad etdilər. Tədbir iştirakçıları kompleksin daxilində yerləşdirilən və XX əsrin əvvəllərini əks etdirən foto, video materiallarla, habelə ermənilərin törətdiyi qırğınları sübuta yetirən digər sənədlərlə tanış oldular.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?