TƏBRİK EDİRİK

03.03.2023
TƏBRİK EDİRİK
ADPU-nun Quba filiallnın Humanitar və sosial elmlər fakültəsinin Ədəbiyyat və dillər kafedrasının baş müəllimi, Qabaqcıl təhsil işçisi Rahib Sədullayev İELTS imtahanında mümkün 9 baldan 7 bal toplamış, beynəlxalq sertifikata layiq görülmüşdür.
Bu münasibətlə hörmətli Rahib müəllimi filialın direktoru fizika elmləri doktoru Yusif Alıyevin və bütün kollektivin adından səmimi qəlbdən təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik
Onu da bildirək ki, filialımızın direktoru fizika elmləri doktoru Yusif Alıyevin təşəbbüsü və tapşırığı ilə 2022/2023- cü tədris ilində İELTS imtahanlarında yüksək nəticə göstərən əməkdaşlar rəğbətləndirilir.
Qeyd: İELTS Nədir?
İELTS (İnternational English Language Testing System) Beynəlxalq İngilis Dili İmtahanıdır. Ana dili ingilis dili olmayan tələbələrdən xarici universitetlərə qəbul olmaq üçün tələb olunan imtahan nəticəsidir. İngilis dili səviyyəsini ölçən bu test dünyada minlərlə universitet və təhsil qurumları tərəfindən tanınır . İmtahan sertifikatı universitetlərə qəbul olmaq üçün tələb olunan testlər arasında liderdir və bu testə tələbat və imtahanda iştirak edən tələbələrin sayı gündən-günə artmaqdadır. İELTS sertifikatı həmçinin xarici ölkədə yaşamaq istəyən namizədlərdən də tələb olunur. İmtahan ölkəmizdə yazılı formada təşkil olunur. Toplayacağınız ən yüksək nəticə 9 baldır. İmtahan 2 hissədən ibarətdir:
-Academic
-General
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?