Tələbələr üçün XXVI Respublika elmi-praktik konfransı keçiriləcək

Qərbi Kaspi Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tələbə və magistrantların XXVI Respublika elmi-praktik konfransı keçiriləcək. Müxtəlif fənləri əhatə edən elmi məruzələrin dinlənilməsi nəzərdə tutulan konfrans 15 May, 2021-ci il tarixində Microsoft Teams platforması üzərindən baş tutacaq.

İştirakçılara sertifikat təqdim olunacaq və elmi məruzələr konfrans materiallarında çap ediləcək. Konfransda məruzələr Azərbaycan, rus və ingilis dillərində olacaq. Məruzə müddəti 10 dəqiqə nəzərdə tutulub.

Konfransda iştirak etmək istəyənlər elmi məqalələrini 1 may 2021-ci il tarixinə kimi student.conference@wcu.edu.az ünvanına təqdim edə bilərlər.

Konfransın dili və tələb olunan qaydalar:

Məruzənin adı, müəllifin adı və soyadı, oxuduğu yer, elmi rəhbərinin ad və soyadı və əlaqə telefonları mütləq qeyd olunmalıdır.

Məruzənin həcmi A4 formatlı elektron kağızda (soldan 25 mm, sağdan 10 mm, yuxarıdan 25 mm, aşağıdan 20 mm boş sahələr saxlamaqla, 1,5 intervalla), «Word» redaktorunda 14 mm-lik Times New Roman şriftində yazılmalı və Universitetin student.conference@wcu.edu.az e-mail ünvanına göndərilməlidir.

Konfransın məruzələri Azərbaycan, ingilis və rus dillərinin birində olmaqla, həcmi 5 səhifəyə qədər ola bilər. Məruzənin adından sonra açar sözlər 3 dildə-Azərbaycan, rus, ingilis dillərində göstərilməlidir. Ədəbiyyat siyahısı əlifba sırasına uyğun yazılmalı, məqalədə istinadlar mütləq kodlaşdırılmalıdır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir