Nazirlər Kabinetinin 4 may 2021-ci il tarixli müvafiq qərarı ilə “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarın əhatə etdiyi dövr 2020-2021-ci tədris ilinin II yarımili üçün uzadılıb.
Qərara əsasən, 2020-2021-ci tədris ilinin ikinci yarımili sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələrin təhsil haqqı xərcləri dövlət büdcəsi hesabına ödəniləcək. Bu tələbələrin sayının 15 500 – 16 500 nəfər arasında olması proqnozlaşdırılır. Bu məqsədlə dövlət büdcəsindən 14 milyon manatın ayrılması nəzərdə tutulur.