“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən anım tədbirində ADPU-nun Quba filialının tələbəsi də iştirak edib

28.02.2023
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən anım tədbirində ADPU-nun Quba filialının tələbəsi də iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən anım tədbirində ADPU-nun Quba filialının TGT sədri Nicat Piriyev də iştirak edib
Xocalı soyqırımının 31-ci ildönümü münasibətlə 26 fevral tarixində Ağdam Konfrans Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun və Karabakh Economic Region – Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Unudulmayan tarix” adlı tədbir keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən anım tədbiri, iştrakçıların Ağdam Şəhidlər Xiyabanına ziyarəti ilə başlayıb. Rəsmi və bədii hissələrdən təşkil edilən tədbirdə rəsmi şəxslər, Xocalı şahidləri, gənclər, xarici ölkələrin diplomatik korpusunun və gənclər təşkilatlarının nümayəndələri iştirak edib.
Sonda dünya şöhrətli fotojurnalist Reza Deqhati tərəfindən qurulan sərgi və maarifləndirici stendǝ baxışla davam edən tədbir soyqırımı qurbanlarının xatirəsinin 17:00-da 1 dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?