Şahdağ Quba Truskavets Sanatoriyası ilə tanışlıq

15.03.2024
Şahdağ Quba Truskavets Sanatoriyası ilə tanışlıq

13 mart 2024-cü il tarixində ADPU-nun Quba filialının struktur rəhbərləri, əməkdaşları Şahdağ Quba Truskavets Sanatoriyasında məlumat xarakterli gəzintidə iştirak ediblər

Tanışlıq zamanı qeyd edilib ki, ŞAHDAĞ QUBA & TRUSKAVETS” sanatoriyası Qubanın mərkəzində, Yusif Qədimov 66 ünvanında yerləşən müalicəvi-bərpa istirahət kompleksidir. Hotelin tərkibində 500 nəfər şəxsi qonaq etməyə imkan verən komfortlu otaqlar, kitabxana, uşaq əyləncə mərkəzi, kinoteatr mövcuddur. Sanatoriya ən son müasir standartlara cavab verən Almaniya istehsalı fizioterapiya avadanlıqları ilə təmin olunub və bu avadanlıqlardan İcbari tibbi sığortanın köməyi ilə də istifadə mümkündür.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?