Quba filialında İKT təlimləri yekunlaşıb

30.09.2022
Quba filialında İKT təlimləri yekunlaşıb
Məlumat üçün bildirək ki, İKT sahəsində zəruri bilik və bacarıqların əldə edilməsi, İKT-dən istifadə imkanlarının genişləndirilməsi yolu ilə tədris prosesinin keyfiyyətinin artırılması, bərabər şərtlər daxilində keyfiyyətli tədrisin aparılması üçün rəqabət mühütün formalaşdırması məqsədilə təlim təşkil edilib
 27-30 sentyabr 2022-ci il tarixlərində ADPU-nun Quba filialında təlimlər təşkil edilib.
Təlim hər biri 1 saat olmaqla 2 növbə üzrə 3 gün davam edib.
Təlimlərdə filialın kafedraları üzrə müəllimlər iştirak edib, bacarıqlara yiyələnib.
Təlimçilər filialın İKT şöbəsinin müdiri Yusif Abayev,müdir müavini Hikmət Musayev, şöbənin əməkdaşları Zaur Muradov, Rafael Abayev, İKT fənnini tədris edən müəllimlər Leyla Nurullayeva və Füzuli Əhmədov olub.
Qeyd edək ki, təlimlər zamanı Elektron qaydalardan istifadə, təqdimat və slaydların hazırlanması, e-mail və internetdən istifadə və bu kimi digər mövzular öyrənilib.
Təlimin sonunda nəticələrin imtahanla qiymətləndirilməsi həyata keçiriləcək.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?