Artıq Şimal regionunda fəaliyyət göstərən yeganə ali təhsil mərkəzi olaraq bir çox uğurlara imza atmışıq

19.07.2022
Artıq Şimal regionunda fəaliyyət göstərən yeganə ali təhsil mərkəzi olaraq bir çox uğurlara imza atmışıq
Təbrik edirik, həm tələbəmizi, həm də filialı uğurlara doğru aparan filialın direktoru dosent Yusif Alıyev başda olmaqla bütün kollektivi..Daha böyük uğurlara..
Artıq Şimal regionunda fəaliyyət göstərən yeganə ali təhsil mərkəzi olaraq bir çox uğurlara imza atmışıq.
Son 3 ildə bakalavr səviyyəsindən məzun olan tələbələrdən magistraturaya qəbul olanların sayını 4-5 nəfərdən 20 nəfərə qaldırdıq.
MİQ imtahanında uğur qazanan onlarla tələbəmiz arasından bir neçəsi hətta ölkə üzrə ilk pillələrə qalxdı.
Tədrisə yeni peşəkar müəllmlər dəvət etdik və onların sayəsində bir neçə ixtisas üzrə ölkədə ilk onluqlara düşdük.
Daxili imkanlar hesabına kadr yetişdirilməsini gücləndirdik. Vahid mərkəzdən koordinasiya olunan Gənc Alimlər və Tədqiqatçılar Şurası yaratdıq. Son 2 ildə 2 doktorant fəlsəfə doktorluğu, 1 doktorant isə elmlər doktorluğu proqramı üzrə dissertasiya işi müdafiə etdi. 1 nəfər xaricdə təhsil almış doktorantın PhD diplomu ölkə üzrə nostrifikasiyadan keçirildi. 1 nəfər dosent elmi adı aldı. 2 nəfər dosent elmi adı almaq üçün sənəd verdi. 1 nəfər elmlər doktorluğu üzrə, 2 nəfər fəlsəfə doktorluğu üzrə müdafiə şuralarına müraciət edib növbəyə durub.
Web of science, scopus və digər elmmetrik bazalara düşən məqalə sayı illər üzrə sürətli dinamika üzrə davam edir.
Yeni monoqrafiya, dərslik və dərs vəsatləri, proqramlar çap olunaraq istifadəyə verilir.
Tələbə Elmi Cəmiyyətinin xətti ilə tələbələr tədqiqat işlərnə cəlb olunmağa başladılar və TEC-in konfransları bu yolda meydan oldu.
Uğurlarımız bununla da yekunlaşmadı. 30 illik tariximizdə ilk dəfə xarici universitetlərin magistraturasına da tələbə qəbulumuz oldu. Vaxtilə xəyal olan bir istəklər indi əlçatan oldu.
Keçən il tələbəmiz Aytac Rzayeva yüksək balla Türkiyənin Haccəttəpə Universitetinin magistraturasına beynəlxalq əlaqələr ixtisası üzrə qəbul oldu. Sevincimizin həddi hüdudu yox idi. Əmin idik ki, uğurlu fəaliyyətimizin çevrəsi daha da genişlənəcək.
Elə də oldu.
Bakalavr üzrə builki qəbul planımız 320 yerə qaldırıldı, yeni ixtisaslarımız açıldı.
Uğurlarımız bununla da bitmədi.
Bu il ali təhsil müəssisələri içərisində ilk dəfə olaraq təhsil proqramları əsasında Milli Kvalifikasiya Çərçivəsi və Avropa Kvalifikasiya Çərçivəsi daxilində yeni nəsil sillabus standartlarının hazırlanmasını həyata keçirdik və nümunə olaraq digər ali məktəblərə də göndərdik.
İlk dəfə olaraq əməkdaşlar arasında beynəlxalq layihə və proqramlara qoşulmaq məqsədilə dil kurslarının intensiv tədrisini təşkil etdik. Nəsrəddin Ömərov kimi peşəkar müəllimi dəvət etdik və əməkdaşlarımı ILTS proqramı üzrə ingilis dili hazırlıqlarına başlayıblar.
Təbii ki, ADPU ailəsinin üzvü olan Quba filialının uğurları bununla da bitməyir və bitməyəcək də…
Bir az öncə aldığım xəbər də məni uğurlarımız naminə çox sevindirdi. Çox sevimli tələbə məzunumuz Səyyad Nadirov ölkə üzrə magistraturaya qəbul olmaqla yanaşı, Polşanın University of Economics and Human Sciences in Warsaw, yəni Varşava İqtisadiyyat və İnsan elmləri Universitetini qazanmışdır.
Bəli, biz xəyalları gerçək edərək irəli gedirik…
Uğurlar, ADPU Quba…

[learn_press_profile]

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?