Şəhid kapitan Aqil Məlikovun həyat yoldaşı Quba filialında işlə təmin olundu

Bildiyimiz kimi Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Quba filialında da bu məsələ həmişə rəhbərliyin diqqət mərkəzində saxlanılıb. Belə ki, 2022/2023-cü tədris ilində Şəhid Aqil Məlikovun həyat yoldaşı, filialın 2008-ci il İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasının məzunu Günel Məlikova dosent Yusif Alıyevin əmri ilə Filialın Pedaqoji fakültəsinin tyutoru vəzifəsinə təyin edilib.

Sıralarımıza yeni qoşulmuş Günel Məlikovaya ADPU-nun Quba filialının kollektivi adından şəxsi işlərində uğurlar, fəaliyyətində zirvələr fəth etməyi arzu edirik.

S. Tabor komandirinin müavini olan kapitan Aqil Niyaz oğlu Məlikov 27 sentyabr 2020 ci ildə Füzulinin Qaraxanbəyli kəndində silahdaşları ilə birgə 3 kənd, 7 postu azad edərkən qəhrəmancasıba döyüşdə Şəhid olub. Aqil Məlikov, həmçinin 2016-cı ildə Ağdam istiqamətində Aprel döyüşlərinin iştirakçısı olub. Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Aqil Məlikov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra), “İgidliyə görə” medalı (ölümündən sonra), “Azərbaycan Bayrağı” ordeni (ölümündən sonra) və “Vətən uğrunda” medalı (ölümündən sonra) ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət etsin.