ADPU-nun Quba filialında valideyinlərlə növbəti görüş təşkil olunub.

05.03.2024
ADPU-nun Quba filialında valideyinlərlə növbəti görüş təşkil olunub.

ADPU-nun Quba filialının Humanitar və sosial elmlər fakültəsinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının I tədris ili TSP 2301B qrupunun tələbələrinin valideynləri ilə görüş keçirilib. Görüşdə Fakültənin dekanı v.m.i.e. M.C.Əliyev, ixtisasın tyutoru T.İskəndərova və “İbtidai sinif müəllimliyi” ixtisasının tyutoru S. Qurbanova iştirak edib.

Dekan Mürvət Əliyev ilk öncə valideynləri salamlamış, övladlarının Payız semestr imtahanlarını başa vuraraq Yaz semestrinə başlamaları münasibətlə təbrik etmiş, onlara yeni semestrdə uğurlar arzulamışdır. Görüşdə bir çox vacib məsələlər müzakirə edilib. Valideynlər universitetdə yaradılmış valideyin assosiasiyasına görə və həmçinin filialdakı tədris və tərbiyə məsələlərindən razılıqlarını ifadə ediblər.

Daha sonra valideynlər universitetin akt zalında keçirilən intellektual yarışı izləyib, kitabxana şöbəsi ilə tanış olmuşdurlar. Övladlarının inkişafı üçün yaradılan şəraitə görə filialın direktoru f.e d.Yusif Alıyevə və kollektivə təşəkkürlərini bildirmişlər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?