ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru, dosent Yusif Alıyev Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasına qoşulan tələbələrlə görüşüb.

29.03.2023
ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru, dosent Yusif Alıyev  Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasına qoşulan tələbələrlə görüşüb.

ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru, dosent Yusif Alıyev Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasına qoşulan tələbələrlə görüşüb.

Görüş zamanı filialın Tədris və elmi işlər üzrə direktor müavini t.f.d.İsmayıl Mahmudov, Riyaziyyat və təbiət elmləri fakültəsinin tyutoru Günel Məlikova da iştirak edib.

Görüş zamanı filialın Tədris və elmi işlər üzrə direktor müavini t.f.d.İsmayıl Mahmudov, Riyaziyyat və təbiət elmləri fakültəsinin tyutoru Günel Məlikova da iştirak edib.

Direktor görüş zamanı əvvəlcə tələbələrin təəssüratlarını dinləyib, daha sonra gənclərə öz fikirlərini çatdırıb, qeyd edib ki, “Bu gündən etibarən sizlər öz üzərinizdə daha çox məsuliyyət hiss edirsiniz, çünki Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə tarixdə Azərbaycanın şanlı qələbəsi kimi yadda qalacaq. Artıq dərsliklərdə torpaqlarımızın işğaldan azad olunması tarixləri də öyrədilir.Bu tarixin layiqincə gələcək nəsillərə çatdırılması sizlərdən də çox asılıdır. Lakin qan yaddaşımızı da unutmaq olmaz. Torpaqlarımızın işğal tarixi də qələbə tarixi də gələcək nəsillərə öyrədilməli, bu zəfərin neçə neçə oğuların qanı ilə yazıldığı aşılanmalıdır. Sizlər bu gün həmin müqəddəs torpaqlardan gəlirsiniz. Eko-aktivistlərin, media mənsublarının, tələbələrin, ictimaiyyət nümayəndələrinin dinc aksiyası zamanı Quba filialının tələbələrinin iştirakı bizləri qürurlandırır.

Bu aksiya Azərbaycan xalqının birliyini, Azərbaycan gəncliyinin də mübarizliyini bir daha dünyaya nümayiş etdirdi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?