Quba filialında təhsil alan üç əlaçı bacı

17.10.2022
Quba filialında təhsil alan üç əlaçı bacı
Qeyd edək ki, bacılardan böyüyü Seyfullayeva Aygün filialın “Tarix coğrafiya müəllimliyi” ixtisasının IV tədris ili, digər bacılar Seyfullayeva Nəsibə və Seyfullayeva Səbinə isə filialın “İbtidai sinif müəllimliyi” ixtisasının II və I tədris ili tələbələridir.Hər üçü də əlaçıdır.
Bir ailənin 3 övladının da Quba filialını seçməsi əslində böyük bacının filialda aldığı təhsil, tərbiyə mühitinin düzgün qurulduğundan xəbər verir. Seyfullayeva Aygün deyir ki, uğurlu tələbə olmağın əsası əzmlə, yorulmadan çalışmaq durur. Biz 3 bacı öz arzularımızı Quba filialı sayəsində gerçəkləşdirdik. ADPU QUBA intellektual, savadlı, geniş dünyagörüşə malik Azərbaycan gəncliyinin inkişafında əvəzsiz rol oynayır. Qısa müddət ərzində qazanılmiş uğurların arxasında direktorumuz dosent Yusif Alıyevin məqsədli addımları, davamlı inkişafa hədəflənmiş strategiyasi və bu hədəflərə çatmaq üçün yorulmadan çalışan professor-müəllim heyəti və kollektiv dayanır.Məhz bu səbəbdən də mən ailəmizin digər üzvlərini də bu universiteti seçməyə dəvət etdim və bu ənənə sadəcə bizim həyat yolumuzda işıq rolunu oynadı.
Seyfullayeva Aygün Etibar qızı , 02.01.2002- ci il tarixində Quba rayonunun Güləzi kəndində anadan olmuşam. Hal-hazırda Xaçmaz şəhəri, Orxan Daşdəmirov (Sülh küçəsi), ev 26 ünvanında yaşayıram. 2007- ci ildə Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin 1- ci sinfinə daxil olmuşam və həmin məktəbi 2019- cu ildə bitirmişəm.2019- cu ildə 363 bal ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının Tarix və Coğrafiya müəllimliyi ixtisasına ödənişli əsaslarla qəbul olmuşam. Hal-hazırda IV kurs tələbəsiyəm. İxtisas seçimi zamanı ilk seçimim məhz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialı olmuşdur. Seçimimin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialı olmasına səbəb keyfiyyətli təhsil, savadlı və mehriban müəllim kollektivi, müasir tələblərə cavab verən tədris metodları, sağlam düşüncə tərzi, ədalətli imtahan sessiyası olmuşdur.
Ailəmiz 6 üzvdən ibarətdir. Atam-Seyfullayev Etibar Qəhrəman oğlu. 25.06.1977-ci ildə Xaçmaz şəhərində anadan olmuşdur. Hal-hazırda tikinti materiallarında fəhlə işləyir. Anam- Seyfullayeva Rima Məhəmməd qızı. 08.01.1980-ci ildə Quba rayonu, Güləzi kəndində anadan olmuşdur. Evdar xanımdır. Ortancıl bacım – Seyfullayeva Nəsibə Etibar qızı 29.11.2003-cü ildə anadan olmuşdur. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialında İbtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alır. II kurs tələbəsidir. Kiçik bacım – Seyfullayeva Səbinə Etibar qızı 21.09.2005-ci ildə anadan olmuşdur. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialı da İbtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alır. I kurs tələbəsidir.437 balla universitetə qəbul olub. Biz hər üçümüz də filialda əlaçı təqaüdü alırıq.
Kiçik qardaşım – Seyfullayev Səid Etibar oğlu – 09.08.2015-ci ildə anadan olmuşdur. Hal-hazırda Xaçmaz şəhər C.Cabbarlı adına 6 saylı tam orta məktəbdə təhsil alır. 2-ci sinif şagirdidir.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?