Qrup nümayəndələri ilə görüş

02.04.2024
Qrup nümayəndələri ilə görüş

1 aprel 2024-cü il tarixində ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev qrup nümayəndələri ilə görüşmüşdür.

Görüşdə qrup nümayəndələri qrupları adından çıxış edərək, onları narahat edən məqamlara toxundular. Bəzi problemlər yerindəcə qeydə alınaraq həlli istiqamətində tədbirlər görüldü. Önə çıxan məqamlardan biri də “Universitet – tyutor – qrup nümayəndələri“ arasındakı qırılmaz və vəhdət içərisində əlaqələrin varlığını gücləndirmək oldu.

Jurnallar və qrup nümayəndələrinin səlahiyyətləri bir daha aydınlaşdırılarkən, nümunəvi qrup nümayəndələrinin işlərinin şablon olaraq digər qruplarla bölüşülməsi qərara alındı, həmçinin qrup nümayəndələrinin işlərini qiymətləndirmək məqsədi ilə meyarların təyin olunması və tələbələrin sosial aktivliyinin artırılması məqsədi ilə həvəsləndirici tədbirlərin keçirilməsi və təbliğatların aparılması diqqətə çatdırıldı.

Qeyd edək ki, görüşdə Fakültə dekanı vəzifələrini müvəqqəti icra edən Mürvət Əliyev, Nübar Bayramova, Riyaziyyat və informatika kafedrasının müdiri v.m.i.e r.f.d. Nurbala Süleymanov, Fakültənin tyutorları: Səidə Qurbanova (İBT), Nigar Zeynalova (Sİ;CM), Nigar Mikayılova (MQT),Türkan İskəndərova (TSP;XM), Səadət Mirzəyeva (TM;TCM), Günel Məlikova (RM;RİN), Gülnar Süleymanova (AZD) və eyni zamanda qrup nümayəndələri və müavinləri iştirak etmişlər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?