Quba filialında “Mədəniyyət və incəsənət beşiyi Quba” adlı ədəbi – bədii tədbir keçirilib

28.12.2023
Quba filialında “Mədəniyyət və incəsənət beşiyi Quba” adlı ədəbi – bədii tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə filialın böyük akt zalında 27.12.2023-cü il tarixində Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinə həsr edilmiş “Mədəniyyət və incəsənət beşiyi Quba” adlı ədəbi – bədii tədbir keçirilib filialın Tədris şöbəsinin müdiri Mələk Bağırovanın moderatorluğu ilə keçirildi.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın bütövlüyü, müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

İlk öncə çıxış üçün söz filialın direktoru fizika elmləri doktoru, dosent Yusif Alıyevə verildi. Direktor çıxış edərkən bildirdi ki, Quba şimal bölgəsinin mədəniyyət beşiyidir. Gözəl Qubada daima incəsənət inkişaf etməkdədir. Bölgə mədəniyyətin inkişafına təsir edir. Burada incəsənətin inkişafına xüsusi diqqət yetirilir. Bunun üçün bölgədə musiqi məktəbi, mədəniyyət evi fəaliyyət göstərir. Quba günü – gündən bu sahədə inkişaf etməkdədir. Bildiyimiz kimi XX yüzilin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyevin uzaqgörən və düzgün siyasəti nəticəsində Azərbaycanda təhsil, elm və mədəniyyət sahəsində çox böyük islahatlar həyata keçirilmişdir. Məhz bu səbəbdən ali təhsilin ərazi əlçatanlığının həllinə kömək etmək məqsədilə, həmçinin ali təhsilli mədəniyyət və incəsənət işçilərinə ehtiyac nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 1991-ci il tarixli 70 №-li qərarı ilə Quba şəhərində Azərbaycan Dövlət İncəsənət Universitetinin (ADİU) filialı yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 №-li Fərmanına əsasən ADİU-nun Quba filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Quba filialı yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 noyabr 2015-ci il tarixli 1582 №-li Sərəncamı ilə AMİ-nin ADPU-ya qoşulması ilə əlaqədar olaraq AMİ-nin Quba filialı ADPU-nun Quba filialı adlandırılmışdır.

Ölkə ərazisinin 8.3%-ni (7.1 min kv.km), əhalinin isə 5.6%-ni (560 min nəfər) təşkil edən respublikamızın Şimal bölgəsində mədəni həyatın inişafında müstəsna əhəmiyyətli yeganə ali təhsil ocağı olan ADPU-nun Quba filialında hazırda ölkənin 38 rayonundan olan 1105 tələbə təhsil alır.

Məlumdur ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2023 tarixli Sərəncamından irəli gələn məsələlərin həlli ilə əlaqədar filialda da bu möhtəşəm tədbirin keçirilməsi təsadüfi deyildir.

Daha sonra müvafiq olaraq, Azərbaycan Dövlət Mədəniyyət Universitetinin Quba filialının ilk direktoru professor Məmməd Əliyev çıxış edərək Filialın yaranma tarixindən, tələbələrin məsuliyyətindən ətraflı bəhs etdi, xatirələri, həmin dövrdə görülən işləri dilə gətirdi

Daha sonra tədbirdə “ARB Günəş” televiziyasının direktoru Məhsim Məhsimov, Quba rayon Mədəniyyət mərkəzinin direktoru, İTV – nin bölgə müxbiri, jurnalist – Ramiz Ramazanlı, Quba Uşaq Musiqi məktəbinin direktoru – İlqar Məmmədov; filologiya üzrə fəlsəfə doktoru – Vüqar Teymurxanlı çıxış edərək tədbirin təşkilatçılığına görə Filialım direktoruna təşəkkür etdilər, məzunların bir yerə toplanmasının və tədbirin əhəmiyyətini yüksək dəyərləndirdilər.

Daha sonra tədbirin bədii hissəsində Quba Uşaq Musiqi Məktəbinin və Quba İncəsənət Məktəbinin təqdimatları və musiqili çıxışlar dinlənildi. Çıxışlar auditoriyanın böyük marağına səbəb oldu.

Tədbirdə həmçinin bir qrup əməkdaş və məzun

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaradılmasının 100 illiyi ilə əlaqədar və ADPU-nun Quba filialı ilə səmərəli əməkdaşlığına görə təltif edildi.

Qeyd edək ki, Quba Rayon İcra Hakimiyyətinin əməkdaşı Əhməd Nurullayev, rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov, Quba Mərkəzləşdirilmiş Kitabxananın müdiri İsaməddin Nəsirov,Statistika idarəsinin müdiri Sahib Məmmədov, Quba Uşaq Musiqi Məktəbinin direktoru İlqar Məmmədov, Quba İncəsənət Məktəbinin direktoru Sadiq Məmmədov, Şəhid ailələri, Filialın məzunları, tələbə və müəllim kollektivi iştirak edirdi.

Tədbirin sonunda xatirə şəkli çəkdirildi və çay süfrəsi ətrafında söhbət davam etdirildi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?