ADPU-nun Quba Filialında gənclər arasında intellektual oyun keçirilmişdir.

ADPU-nun Quba Filialında gənclər arasında intellektual oyun keçirilmişdir.

17 may 2023-cü il tarixində Quba rayon Gənclər və İdman İdarəsinin, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “”2023 – Heydər Əliyev ili” çərçivəsində ADPU-nun Quba filialında Nə?Harada?Nə zaman? formatında “Heydər Əliyev” kuboku uğrunda intellektual oyun keçirilmişdir. İntellektual oyunda ADPU-nun Quba fililaının, Quba Dövlət Sosial-İqtisadi kollecinin və Quba Tibb kollecinin tələbələri iştirak etmişdir. Yarışda hər təhsil müəssisəsindən 3 komanda, hər komandada isə 5 nəfər olmaqla, ümumilikdə 45 nəfər tələbə iştirak etmişdir. Tədbirin rəsmi açılış mərasimində Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, ADPU-nun Quba filialının direktor köməkçisi Mürvət Əliyev, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov çıxış zamanı, Ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqətdən, dövlətçilik ənənələrindən, tədbirin keçirilməsinin məqsədindən danışaraq, komandalara uğurlar arzuladılar. Daha sonra oyunun keçirilmə şərtləri, qaydaları haqqında komandalara məlumat verilmişdir. Oyun 2 turdan, hər turda 12 sual olmaqla keçirilmişdir. Komandaların kubok uğrunda gərgin keçən mübarizəsi zamanı Quba Dövlət Sosial-İqtisadi kollecinin “Bayraktar” komandası I yerə, ADPU-nun Quba fililaının “Aid” komandası II yerə, Quba Tibb kollecinin “Zəfər” komandası isə III yerə çıxmışdır. Qaliblərə Quba rayon Gənclər və İdman İdarəsinin, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təsdiq etdikləri diplom, I yeri tutan komandaya isə kubok təqdim edildi.

Qalibləri təbrik edir və gələcək həyatlarında uğurlar arzulayırıq!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?