Quba filialında Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib

21.02.2024
Quba filialında Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib

Quba filialında Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib və növbəti 3 il üçün Filialın HİK sədri yenidən Mürvət Əliyev seçilib

Konfransda ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyev və Həmkarlar İttifaqı Təşkilat Komitəsinin sədri Hüseyn Hacıyev iştirak edib

ADPU-nun Quba filialında əməkdaşların da iştirakı ilə keçirilən konfransda sədr ADPU-nun Həmkarlar İttifaqı Təşkilat Komitəsinin sədri Hüseyn Hacıyev, katib isə Filialın tyutoru Türkan İskəndərova olub.

Konfransda əvvəlcə iclasın gündəliyində duran məsələlər qeyd edilib, Filialın HİK sədri Mürvət Əliyevin 4 il üçün hesabatı dinlənilib, hesabatdan sonrakı çıxışlar əsasında qənaətbəxş hesab edilib.

Çıxışlardan sonra iclasda Filialın HİK yeni tərkibi və sədrliyi üçün namizədlər irəli sürülüb, Filialın direktor köməkçisi Mürvət Əliyev növbəti 3 il müddətinə yekdilliklə sədr seçilib, əməkdaşlar Mürvət Əliyevi bu münasibətlə ürəkdən təbrik edib, ona yeni nailiyyətlər arzu ediblər.

Onu da qeyd edək ki, mütəmadi olaraq filial əməkdaşları ilə görüşlər keçirən ADPU Həmkar İttifaqı Komitəsi Filial əməkdaşlarının qayğılarını yerində öyrənib, Filialın yeni təmir olunmuş kabinetləri (KTŞ otağı və mühasibatlıq) auditoriyaları, akt zalı, İKT laboratoriyası, Xarici dil auditoriyası ilə tanış olub, və əməkdaşlar üçün yaradılan iş şəraiti ilə yerindəcə maraqlanıblar. Maddi və psixoloji olmaqla mühitdən, ümumilikdə şəraitdən məmnun qalan qonaqlar, yaradılan bu gözəl şəraitə görə Filial direktoru dosent Yusif Alıyevə minnətdarlıq etdilər. Daha sonra fərdi qaydada əməkdaşların qəbulundan sonra ümumi şəkildə bütün həmkar təşkilatı üzvləri ilə görüş təşkil edilmişdir. Görüşdə əməkdaşları maraqlandıran suallara ətraflı şəkildə cavab verilmişdir.

Sonda isə ADPU-nun Quba filialından 5 mart 2024-cü il tarixində keçiriləcək ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin Hesabat konfransında iştirak edəcək nümayəndə heyəti seçilmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?