1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günüdür

01.10.2022
1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günüdür
Bu gün Azərbaycan Respublikası Prokurorluğunun kollektivi növbəti dəfə «1 Oktyabr prokurorluq işçilərinin peşə bayramı günü»nü və milli prokurorluq orqanlarının yaradılmasının 104-cü ildönümünü qeyd edir.
Bu münasibətlə direktor dosent Yusif Alıyev başda olmaqla ADPU-nun Quba filialının kollektivi Baş Prokurorluğun rəhbərliyi və Kollegiyasını, həmçinin bütün prokurorluq əməkdaşlarını səmimi-qəlbdən təbrik edir. İnanırıq ki, bu illər ərzində olduğu kimi bundan sonra da dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirməklə fəal vətəndaşlıq mövqeyində dayanan ali dövlət təsisatı – Prokurorluq orqanı ictimai-siyasi sabitliyin və əmin-amanlığın, dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işini daim yüksək səviyyədə qoruyub, həyata keçirəcək.
Qeyd edək ki, şərəfli və təkamül inkişaf tarixi keçən Prokurorluq orqanı Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlaması ilə yaradılmışdır.
Məhz bu tarix Aəzrbaycan xalqının böyük oğlu, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə 1 Oktyabr tarixi milli prokurorluq orqanlarının yarandığı gün – “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur.
Həqiqətən də Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi prokurorluq orqanlarına yüksək dövlət qayğsının ifadəsi olmaqla yanaşı, həm də prokurorluq işçilərinin fəaliyyətinə verilən böyük dövlət dəyərinin təzahürüdür.
Bu gün, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifəsinin yazıldığı, XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənildiyi bir dövrdə prokurorluq orqanları qanunların aliliyi naminə icra və tətbiq olunmasına prokuror nəzarətini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilməklə, istintaq və dövlət ittihamının müdafiəsi sahəsindəki fəaliyyəti ilə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır. Tarixi qələbənin qazanılması bütün digər peşə sahibləri kimi prokurorluq işçilərinin də məsuliyyətini artırmış, yeni həyat gələn ərazilərimizdə Azərbaycan qanunları daxilində prosesləri təmin edir.
Prezident cənab İlham Əliyev Baş prokuror Kamran Əliyevi qəbul edərkən qeyd etmişdi ki, “Prokurorluq orqanlarının işçiləri bundan sonra da Vətənə ləyaqətlə xidmət etsinlər və bütün hüquq mühafizə orqanları elə çalışsınlar ki, həm vətəndaşlar, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda, dövlətin maraqları və qanunun aliliyi təmin edilsin.”
Bizlər də inanırıq ki, prokurorluq orqanlarının əməkdaşları göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, bundan sonra da öz vəzifələrinə məsuliyyətlə yanaşaraq, ictimai asayişin təmin olunmasında və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından iştirak edəcək, ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirəcək.
Bir daha bütün prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluğun yaradılmasının 104-cü ildönümü münasibətilə təbrik edir, xidməti fəaliyyətinizdə uğurlar arzu edirik.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?