Qrup kuratorları növbəti dəfə tələbələr ilə təlim və tədrislə bağlı görüş keçiriblər

ADPU-nun Quba filialında 2022-ci ilin sentyabr ayında təsdiq edilən yeni Təşkilati struktura əsasən yaradılan iki yeni fakültədə hər qrup üzrə kuratorlar təyin edilmişdir.
Kuratorlar təyin olunduğu gündən etibarən tədris qruplarında tələbələr, müəllimlər üçün məlumat məqsədli təlimatlar hazırlamaqla, təlim prosesini müşahidə etmiş, tələbələrə və müəllimlərə kömək edərək, yaranacaq problemləri aradan qaldırmaq üçün söhbətlər aparmış, ixtisas və qruplarda əks-əlaqələrə nəzarət etmişlər.
Kuratorlar filialda tədris prosesinə və dekanlıqların işinə dəstək məqsədilə filialda təhsilalanların zəruri biliyə və həyati bacarıqlara yiyələnməsini təmin etmək, hər bir təhsilalanın intellektual, mədəni və mənəvi inkişafı, təhsilalma tələblərini ödəmək, təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək və onun monitorinqini həyata keçirmək, təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək istiqamətində iş aparır, rəhbərliklə razılaşdırılmış şəkildə yeni layihələr paketi üzərində çalışırlar.
 Qeyd edək ki, qısa zaman ərzində tələbələrin hüquq və vəzifələrinin, həmçinin filialın daxili intizam qaydalarının tələbələrə çatdırılmasına dəstək göstərilməsində, tələbələrin asudə vaxtının səmərəli təşkilində, tələbə-universitet valideyn əks əlaqəsinin yaradılmasında sistemli və nəticəyönümlü iş prosesi qurmağı bacarmışlar.
Kuratorların gördüyü işlərin bir hissəsini əhatə edən iclas, tərbiyəvi söhbətlər və asudə vaxtın səmərəli təşkilinə aid görüşlərdən çəkilmiş məlumatları sizlərə təqdim edirik.
Qeyd: fotolar filialın MQT, İBT qrupları üzrə kuratorları Mehriban Məmmədova, Vüsalə Kərimova, Aygün Şıxbabayevanın keçirdikləri iclas və görüşlərdəndir.
Mütəmadi olaraq kuratorların fəaliyyəti ilə bağlı məlumatlar paylaşılacaqdır.