ADPU-nun Quba filialının Doktorant və Gənc Tədqiqatçılar Şurası

ADPU-nun Quba filialının Doktorant və Gənc Tədqiqatçılar Şurası

ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin təşəbbüsü, Elmi Şuranın qərarı ilə “Strateji inkişaf planı”na müvafiq olaraq 16.10.2019-cu il tarixində Filialda Doktorant və Gənc Tədqiqatçılar Şurası yaradılıb. Bu şuranın yaradılmasında məqsəd filialın elmi potensialının artırılması, doktorant və dissertantların elmi fəaliyyəti haqqında məlumatların analiz edilməsi, filialda elmi işlərin fəallığını artırmaq və tələbələrdə elmə marağın artırılmasıdır. Şuranın yaradılmasında digər məqsəd filialda çalışan doktorantların və dissertantların elmi işlərinin müdafiəsinin sürətləndirilməsidir.
DGTŞ-nın sədri “Təbiət fənləri və onun tədrisi metodikası” kafedrasının baş müəllimi Elbrus Əhmədov, sədr müavini “Pedaqoji və ictimai fənlər” kafedrasının baş müəllimi Pərvanə Rzayevadır. DGTŞ-nın 17 nəfər fəlsəfə doktorluğu proqramı üzrə doktorant və dissertant, 2 nəfər isə elmlər doktorluğu proqramı üzrə dissertant üzvü var.
Doktorant və Gənc Tədqiqatçılar Şurası qəbul olunmuş fəaliyyət planına müvafiq fəaliyyət göstərir. Hər bir doktorant və dissertant dissertasiya işinin qısa məzmununu Şuraya təqdim edərək işi ilə bağlı ildə 6 dəfə hesabat verməlidir.
ADPU-nun Quba filialının rəsmi internet səhifəsində “Doktorant və Gənc Tədqiqatçılar Şurası” bölməsinin yaradılacaq. Şura tərəfindən ildə bir dəfə Filialda konfrans təşkil olunur.
28 may tarixində “Respublika Günü” ilə əlaqədar ilk dəfə onlayn formatda “ZOOM” platforması üzərindən ADPU-nun Quba filialının Doktorant və Gənc Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə “28 May – Azərbaycanın istiqlaliyyət imzası” mövzusunda elmi-praktik konfrans keçirilib. Filialın direktoru dosent Yusif Alıyev, doktorant və dissertantlar Azərbaycan Respublikasının yaranmasının 102-ci ildönümünə həsr edilmiş konfransda geniş məruzələrlə çıxış etmişlər.
2020-ci ilin 30 noyabr tarixində Doktorant və Gənc Tədqiqatçılar Şurasının üzvlərinin illik hesabatı “ZOOM” platforması üzərindən onlayn formada keçirilmişdi. Hesabatda filialın elmi potensialından və gələcək elmi prespektivlərdən danışılaraq DGTŞ-nın filialın elmi nailiyyətlərində çox böyük rola malik olduğu vurğulanıb. DGTŞ-nın üzvləri olan doktorant və dissertantlar öz hesabat məruzələri ilə çıxış ediblər. Doktorant və dissertantların illik hesabatları diqqətlə dinlənilərək onların dissertasiya işlərinin və ümumi tədqiqatlarının durumu qiymətləndirilmişdir. Mövcud pandemiya şəraiti ilə və dissertasiya işləri ilə əlaqədar tədqiqat işlərinə qoyulan tələblərlə bağlı hesabat yığıncağına dəvət edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sektor müdiri f.f.d. Sakin Cabarov gənc alimlərin suallarını cavablandırdı. Həmçinin hesabatın sonunda bir sıra vacib qərarlar qəbul edilərək qeyd edildi ki, növbəli şəkildə hər ayın sonunda DGTŞ-nın bir üzvü dissertasiya işinin mövzusu ilə əlaqədar seminar təqdim etsin.
DGTŞ-nın üzvü olan doktorant və dissertantlar ötən 1 il ərzində bir sıra ölkə və dünya miqyasında elmi konfranslarda iştirak etmiş, yüksək impakt faktor göstəricili nüfuzlu xarici və yerli elmi jurnallarda məqalələri çapdan çıxmışdır. Qeyd edim ki, Şura üzvlərindən ixtisasları üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işlərini tamamlamış olan bir neçə doktorant və dissertant mövcud pandemiya şəraiti ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına elmi müəssisə və təşkilatların və Ali Təhsil Müəssisələrinin Müraciətləri Əsasinda Yaradılmış Dissertasiya Şuralarının fəaliyyətə başlamasını gözləyirlər.
Doktorant və Gənc Tədqiqatçılar Şurası öz fəaliyyətini 2021-ci il üçün də ADPU-nun Quba fililının “Strateji inkişaf planı”na, Filialın “Qısa, orta və uzunmüddətli inkişaf hədəfləri” sənədinə və Şuranın Əsasnaməsinə uyğun olaraq həyata keçirəcək.
2019/2020-ci tədris ili ərzində filialın doktorant və disertantları müxtəlif beynəlxalq və respublika əhəmiyyətli konfranslarda iştirak edib, elmi jurnallarda məqalələr çap etdiriblər:

1. G. Gadimaliyeva, Z.Akparov, N.Aminov, A. Aliyeva, J.Ojaghi, S. Salayeva, M. Serpoush, A.Mammadov, A. Morgounov (2020). Assessment of synthetic wheat lines for soil salinity tolerance. ISSN 1392-3196 / e-ISSN 2335-8947. Zemdirbyste-Agriculture, Lithuania.vol. 107, No. 1 (2020), p. 55–62. DOI 10.13080/z-a.2020.107.008 Litva Web of Science,
Impact Faktor-1.1

2. Aghayeva Saltanat, Mammadov Ayaz, Rolfs Arndt, Skrahina Volha, RasulovElkhan, Guliyeva Elvira. Molecular Analysis of Glucose-6-Phosphate Dehydrogenase Gene Mutations in Azerbaijan Republic.Khazar Journal of Science and Technology Vol. 1 №1 2020, 18-24 © Khazar University Press 2020 DOI: 10.5782/2520-6133.2020.4.1.18
Azərbaycan

3. Агаева С.А., Мамедбейли А.К., Расулов Э.М., Мамедов А.М.,  Бадалова Н.А.,  Алиева С.Е. Мутации гена дистрофина у населения Азербайджанской Республики. Milli Nevrologiya Jurnalı. 1(17):42-46. July 2020. İSSN 2227-0892
DOI: 10.28942/nnj.v1i17.294 Azərbaycan

4. AyazMammadov, HokumakhanimMelikova, AytajRustamova, GularaSeyidova, GularIsmayilova, ArzuMirzayeva.Molecular markers using in silkworm breeding. PontokaspivəQafqazBölgəsi: ekosistemlərinbirləşməsivəizolyasiyasışəraitindədəyişikliklər, canlılarınfilogenezi, geologiya, ekologiyavəcoğrafiyasıMultidisiplinarBeynəlxalqKonfrans (onlayn). Bakı./Azərbaycan
27-28 noyabr, 2020. p.390-394. Azərbaycan

5. Аghayeva S.А.,Mammadov A.M,Badalova N.A.Dystrophin gene mutations in two different ethnic families in Azerbaijan Republic.-ÇAPDADIR- Azərbaycan

6. A.M.Mammadov. A.Ipek, S.H.Teoman-Duran,  S.A.Aghayeva, R.A.Asgarova. Studying of genetic polymorphism of olive varieties of Azerbaijan and Turkey.-ÇAPDADIR- Türkiyə

7.”İbtidai siniflərdə oxu materialları üzərində müşahidənin müasir metodlarla təşkili”, Məqalə, A.B.Şeydayeva.Bakı 2020

8.”İbtidai siniflərdə şagird nitqi üzərində dil hadisələrinin müşahidəsinin əhəmiyyəti”.Məqalə, A.B.Şeydayeva, Bakı 2020

9. “Significance of the language events”, Summary, A.B.Sheydayeva, Ukrain 2020

10.”Tədrisdə dil hadisələrinin müşahidəsində İKT-nin əhəmiyyəti”, Məqalə, A.B.Şeydayeva Bakı 2020

11.”Ənənəvi köklərə söykənərək dilin qorunması və dövlət siyasətinin dilin inkişafına təsiri”
Məqalə, E.M.Əhmədova

12.”XX əsrin əvvəllərində romantik poeziyada azadlıq ideyaları”, Məqalə, G.M.Xudayarova

13..TARAS SHEVCHENKO 5th İNTERNATİONAL CONGRES ON SOCİAL SCİENCES, Kiev, Ukrain, 8-10 may 2020.Aysel Sheydayeva

14.S.Ş.Cəfərov “Humanitar və ictimai elmlərin əsasları” mövzusunda II Respublika elmi konfransı, AEM, 10 noyabr 2020

15.Bayramova Kəmalə Oqtay qızı  – Süleyman Vəliyevin “Şor cüllütü” povestində fəhlə sinfinin sovet dönəmindən öncəki acınacaqlı vəziyyətinin təsviri (BMU, Beynəlxalq Elmi Konfrans, 2020)

16.Əliyev Mürvət Cavid oğlu – “II Rusiya-Qacar müharibəsi (1826-1828) dövründə Borçalı və Qazax-Şəmşəddil bölgələrinin Rusiya müstəmləkəçiliyi əleyhinə azadlıq mübarizəsinə dair”, Konfrans materialı,Dnepr 2020

17.”Elmi İş” adlı beynəlxalq elmi jurnalda “Auditoriyadan kənar məşğələlərdə şagirdlərdə multikultural hisslərin təbliğ”, Məqalə, 2020- Bayramova Nübar İsmayıl q, 2020

18.13-14 noyabr tarixlərində Sofiyada keçirilən «ДИАЛОГ В ОБРАЗОВАНИИ – СОВРЕМЕННОСТЬ И ПЕРСПЕКТИВЫ» adlı forumda “Müəllimin təlim prosesini multikultural ruhda təşkil etməsində Universal Öyrənmə Dizayninin rolu” adlı Məqalə. Bayramova Nübar İsmayıl q, 2020

19.EAST EUROPEAN SCIENCE JOURNAL-da “Multicultural traininq is a requirement of the time for teacher” adlı Məqalə. Bayramova Nübar İsmayıl q,2020

20.Rusiya “Евразийский союз уценых” jurnalı, О характер семьи в журнале “Вастоцная женшина” Məqalə Rzayeva Pərvanə Hacıbala q.2020

21.”Şərq qadını jurnalında Xəlil Fikrət imzası” Məqalə Rzayeva Pərvanə Hacıbala q.2020

22.”ADPU-nun dövrü elmi jurnalı” ,Pedaqoji Universitetin Xəbərləri,  Məqalə, Rzayeva Pərvanə Hacıbala q.2020

23.Psixologiya Zirvəsi: problemlər, perspektivlər və yeni yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktik konfransın materialları konfrans. Bayramov Mətləb Bəşir o

24.İnklüziv təhsil: reallıqlar, çağırışlar və perspektivlər” Beynəlxalq elmi konfransda iştirak. 17.12.2020. Bayramov Mətləb Bəşir o

25.Ş.Vazehin yaradıcılığı ilə bağlı Türkiyədə keçirilmiş konfrans “Multikulturalizmin Azərbaycanda ədəbi-bədii kökləri” adlı. Bayramova Nübar İsmayıl q

26.Humanitar və ictimai elmlər üzrə II Beynəlxalq Elmi konfransda “Müəllim hazırlığında multikultural dəyərlərin rolu”, Bayramova Nübar İsmayıl q

 27.Xudayarova Günəş Musaxan  qızı – VII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu. Niğde Ömər Halisdəmir Universiteti,20-23 oktyabr 2020. Türkiyə  – “XX əsrin əvvəllərində satirik poeziyada azadlıq ruhu”.

28.”İstedadlı uşaqların təlimində praktik (məktəb) psixoloqunun fəaliyyətinin xüsusiyyətləri”, Tezis,2020. Bayramov Mətləb Bəşir o

29.Elmi iş beynəlxalq jurnalı, Humanitar və ictimai elmlərin əsasları, I Respublika Elmi Konfransı, aprel 2020, “Ibtidai siniflərdə şagird nitqi üzərində dil hadisələrinin müşahidəsinin əhəmiyyəti” məqalə, Aysel Şeydayeva,

30.PARİS ULUSLARARASI SOSYAL BİLİMLER KONGRESİ, France 2021,(çapda) “THE INFLUENCE OF THE OBSERVATION OF LANGUAGE PHENOMENA IN PRIMARY SCHOOL READING MATERIALS ON THE QUALITY OF TEACHING” summary
Aysel Balasultan Sheydayeva

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?