ADPU-nun Quba Filialının müəllimi “Tərəqqi” medalına layiq görülüb

04.12.2019
ADPU-nun Quba Filialının müəllimi “Tərəqqi” medalına layiq görülüb

Aqrar elmlər üzrə elmlər doktoru, dosent Ələddin Sadıqov Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli Sərəncamına əsasən “Tərəqqi” medalına layiq görülüb.

ADPU-nun Quba filialının Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının müəllimi, aqrar elmlər üzrə elmlər doktoru, dosent Ələddin Sadıqov Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli Sərəncamına əsasən “Tərəqqi” medalına layiq görülüb. Bu münasibətlə filialın direktoru dosent Yusif Alıyev dosent Ələddin Sadıqovu təbrik edib, onun bu uğurunu filialın uğuru kimi qiymətləndirib, bildirib ki, son zamanlar ölkədə görülən işlər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsil işçilərinə, elm adamlarına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Onu da qeyd edək ki, dosent Ələddin Sadıqov 120 elmi məqalənin, 6 kitabın, müəlliflik şəhadətnamısinin müəllifidir.

  • Mənbə: ADPU Quba filialın ictimaiyyətlə əlaqələr şöbəsi
  • Müəllif: Yusif Abayev
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?