21 dekabr 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında direktor yanında Keyfiyyət komissiyasının iclası keçirilib.

22.12.2023
21 dekabr 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında direktor yanında Keyfiyyət komissiyasının iclası keçirilib.

Keyfiyyət komisiyyasının sədri filialın direktoru dosent Yusif Alıyev iclası açıq elan edərək komissiyanın fəaliyyətinin filialda daxili keyfiyyət təminatı sisteminin qurulması və təkmilləşdiriməsində əhəmiyyətli rola malik olduğunu və komissiyanın tərkibində əmək bazarının təmsilçilərinin eləcə də məzunların iştirakının ümumilikdə keyfiyyətin artırılmasına töhfə verəcəyini qeyd etmişdir. İclasda Təhsil proqramlarının və fənlərin təlim nəticələri, Təhsil proqramlarının strategiyası və iş planı, eləcə də akademik və inzibati, tədris-köməkçi heyət arasında keçiriləcək sorğu sualları müzakirə edilmişdir. Yuxarıda qeyd olunmuş məsələlər haqda komissiya üzvləri Pərvanə Rzayeva, Mürvət Əliyev, Mələk Bağırova çıxış etmiş və digər üzvlərin də təklif və fikirləri dinlənilmişdir. Maraqlı tərəf olaraq qeyd olunan problemlər üzrə Quba rayon Fizika-riyaziyyat və informatika təmayüllü liseyin direktoru Kamran Əliyev, eləcə də filialın məzunu, ZM Akademiyanın müdiri Zülfüqar Mayılova da öz fikrini bildirmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?