“Qələbə fəlsəfəsi: Siyasi varislikdən doğan qüdrətli dövlətçilik ənənəsi”

25.06.2023
“Qələbə fəlsəfəsi: Siyasi varislikdən doğan qüdrətli dövlətçilik ənənəsi”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı 26 İyun Silahlı Qüvvələr Gününə həsr edilmiş “Qələbə fəlsəfəsi: Siyasi varislikdən doğan qüdrətli dövlətçilik ənənəsi” adlı tədbir keçirilib

Tədbir 25 iyun 2023-ci ildə saat 14:00-da, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Heydər Əliyev lektoriyasında keçirilib.Tədbir, Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi və Ulu öndər Heydər Əliyevin və vətən uğrundan canlarından, qanlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Tədbirdə çıxış edən fizika elmləri doktoru, dosent, ADPU-nun Quba filialının direktoru, Qabaqcıl təhsil işçisi Yusif Alıyev qeyd edib ki, bu gün Azərbaycan tarixində olduqca əlamətdar və tarixi bir gün olan 26 İyun Silahlı Qüvvələr Gününü qeyd edirik. Müstəqil dövlətimizin ən mühüm atributlarından biri sayılan ordumuzun yaranmasının 105 ili tamam olur. Azərbaycan Respublikası Silahlı Qüvvələri günü — Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayram ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan müstəqil dövlət olduqdan və xalqımızın dahi oğlu, müdrik şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyev yenidən ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu prosesi uğurla həyata keçirildi. Müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev həm də müasir Silahlı Qüvvələrimizin yaradıcısıdır. F.e.d.Yusif Alıyev çıxışında həm də filialın direktor müavini p.f.d. Aysel Şeydayevanın əmisi I Qarabağ müharibəsi şəhidi kapitan mayor Altay Məmmədovun, filialın Riyaziyyat və təbiət elmləri fakültəsinin tyutoru Günel Məlikovanın həyat yoldaşı şəhid kapitan Aqil Məlikovun keçdikləri şərəfli döyüş yolundan bəhs edib, Vətən uğrunda canlarından keçən hər bir şəhidimizin əmanətlərinin məsuliyyətini daşıdığımızı diqqətə çatdırıb. Direktor həm də Filial Elmi şurasının qərarı ilə 44 günlük Vətən müharibəsi iştirakçıları İsmət Əhmədov və Vurğun Qəniyevi də Fəxri diplomla təltif edib, onların qəhrəman oğullar kimi gənclərə nümunə olduqlarını diqqətə çatdırıb.

Daha sonra tədbirdə çıxış edənlər direktor köməkçisi, Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi Mürvət Əliyev, Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi, 44 günlük Vətən müharibəsi iştirakçısı İsmət Əhmədov, Pedaqogika üzrə fəlsəfə doktoru, ADPU-nun Quba filialının direktor müavini p.f.d Aysel Şeydayeva vurğulayıblar ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi dövründə şəxsi heyət öz peşəkarlığını, yüksək döyüş qabiliyyətini dəfələrlə nümayiş etdirdi. Azərbaycan əsgəri quruda, havada və dənizdə Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirdi, Ulu Öndərimizin ideyalarına sadiq, Vətənin hər bir çağırışına hər an hazır olduğunu sübut etdi. Bu gün xalq ilə ordunun sağlam və monolit birliyi yaranıb. Xalq öz ordusuna inanır, onun gücünə güvənir. Şəhid ailələri, müharibə veteran və əlilləri, eləcə də hər bir hərbi qulluqçu ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunub. Əminliklə deyə bilərik ki, bu bizi sevindirməklə yanaşı, məsuliyyətinizi daha da artırır. Biz bu gün Şəhid ailələrinə, qazilərimizə ölkə başçısı İlham Əliyevin diqət və qayğısını yerlərdə də hiss etdirmək üçün əlimizdən gələni edirik.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?