ADPU-nun Quba filialında “Qarabağ, sən azadsan!” adlı Zəfər tədbiri keçirilib.

08.11.2023
ADPU-nun Quba filialında “Qarabağ, sən azadsan!” adlı Zəfər tədbiri keçirilib.

Onu da qeyd edək ki,tədbirdə filialın kollektivi,Şahdağ Milli Parkının müdir müavini Rəvayət Nəzərov, Elmi işçisi Şahbala Salmanov, Şəhid Yaşar Xudayevin atası Əli Xudayev, Şəhid İxtiyar Bayramovun atası Bayram Bayramov, qazilər İsmət Əhmədov, Əzizov Məhəmməd, Zahirov Mayıl iştirak etmişdilər.

Filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Elza Babayevanın rəhbərliyi ilə hazırlanan bədii hissədə AZD 2201B və 2202B qrup tələbələri tərəfindən 44 günlük Vətən müharibəsinə və möhtəşəm Qələbəmizə həsr edilən şeirlər, rəqslər, tamaşalar sərgilənmiş, videoçarxlar nümayiş etdirilmiş, musiqilər ifa edilmişdir. E.Babayeva tədbirin yüksək səbiyyədə təşkil edilməsi üçün göstərdiyi diqqətə və yaradılan şəraitə görə Filialın direktoru dosent Yusif Alıyevə öz təşəkkürünü bildirib, Almaniyada olan direktora yolunun salamat və uğurlu olmasını arzu edib.

Sonda xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?