ADPU-nun Quba filialında yeni layihəyə başlanılıb

30.11.2022
ADPU-nun Quba filialında yeni layihəyə başlanılıb
Humanitar və sosial elmlər fakültəsinin Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi Zəminə Qayıbxanova qarşılıqlı əməkdaşlıqla dərs qurmaq məqsədilə 2022-ci il sertifikasiya imtahanında 100 və 90 bal nəticə göstərən, Elm və Təhsil naziri cənab Emin Əmrullayev tərəfindən mükafatlandırılmış, şimal regionunda elmi-pedaqoji və metodiki bacarıqları ilə seçilən iki müəllimi filialın Tarix coğrafiya müəllimliyi ixtisasının V tədris ili tələbələrinə tədris edilən “Tarixin tədrisi metodikası” fənnindən
“İnteraktiv dərsin ümumi quruluşu və onun mərhələləri.”adlı dərsə qonaq qismində dəvət etmişdir.
Dərs filialın KTŞ təşkilatçılığı ilə həyata keçirilmişdir.
Tədbirdən əvvəl qonaq müəllimləri filialın direktoru dosent Yusif Alıyev, KTŞ müdiri Pərvanə Rzayeva qəbul etmiş, mövzu ətrafında müzakirələr aparmışlar.
Qeyd edək ki, qonaqlar, Məmmədova Samirə Sabir qızı Qusar şəhəri 1 saylı şəhid Bəhruz Ağaverdiyev adına tam orta məktəbinin İbtidai sinif müəllimi və Bağışova Səidə Pirmət qızı Qusar rayon Urva kənd məktəbinin İbtidai sinif müəllimi olmuşdur.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?