“Peşəni peşəkardan soruş!”

28.10.2023
“Peşəni peşəkardan soruş!”

28 oktyabr 2023-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Quba şəhəri Heydər Əliyev Parkında Peşələr Festivalı keçirilib

“Peşəni peşəkardan soruş!” devizi altında keçirilən və əsas məqsədi düzgün peşə seçiminə dair məlumatlılığın artırılması, eləcə də iştirakçılarda peşələr barədə əyani təsəvvürlər yaratmaq olan Festivala ADPU-nun Quba filialının Tələbə, məzunlarla iş və karyera şöbəsinin müdiri Hikmət Musayevin təşkilatçılığı ilə Filialın tələbələri də qatılıb.

Azərbaycanın 10 bölgəsini əhatə edəcək festivalda 14 peşə haqqında maarifləndirici tədbirlər həyata keçirilməsi planlaşdırılır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?