ADPU-nun Quba filialında Gənc alim və tədqiqatçılar şurasının təşkilatçılığı ilə filialın Keyfiyyətin təminatı şöbəsinin müdiri, Tarix, pedaqogika və sosial elmlər kafedrasının baş müəllimi, ADPU-nun doktorantı Pərvanə Rzayevanın “Şərq qadını jurnalında tərbiyə məsələləri” mövzusunda seminarı keçirilib.
Seminar, P.Rzayevanın dissertasiya işinin mövzusunda aparılan tədqiqatın nəticəsi əsasında keçirilib. Seminarda filialın direktoru dosent, fizika elmlər doktoru Yusif Alıyev, GATŞ sədri Elbrus Əhmədov və Gənc alim və tədqiqatçılar şurasının üzvləri iştirak etmişdir. Pərvanə Rzayeva dissertasiya işi ilə bağlı məlumat verdikdən sonra iştirakçılar mövzu ilə bağlı iddiaçıya suallar ünvanlamış, rəy və təkliflərini bildirmişlər.