ADPU-nun Quba filialı ADA kampusunda

03.11.2023
ADPU-nun Quba filialı ADA kampusunda

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru f.e.d Yusif Alıyevlə filialın bir qrup əməkdaş və tələbələrindən ibarət heyət ADA Universitetinə tanışlıq məqsədi ilə səfər edib. Səfərin əsas məqsədi magistr proqramları və qəbul qaydaları barədə ətraflı məlumat əldə etmək olub.

Tələbə-müəllim heyəti üçün ADA Universitetinin müəllimləri Vəfa Yunusova, Aygun Hüseynli və Abbas Abbasov tərəfindən müxtəlif mözvularda təlimlər keçirilib və maraqlı müzakirələr aparılıb.

Görüş zamanı Filial nümayəndələri həm də ADA universitetində tədris olunan ixtisaslar, tələbə-müəllim mühiti, geniş və müasir tipli kitabxana, akt zalı, innovativ tədris auditoriyaları ilə tanış olub, təcrübə mübadiləsi aparıblar. Filialın direktoru dos. Y.Alıyev və əməkdaşlar Quba filialının son 4 ildə istər qabaqcıl, istər yerli, istərsə də beynəlxalq təcrübəni öyrənməkdə maraqlı olduğunu diqqətə çatdırıb, bu səbəbdən də görüşə dəvət üçün ADA Universitetinin rəhbərliyinə və təşkilatçılara öz dərin təşəkkürlərini bildiriblər.

Səfər zamanı həm də qeyd edilib ki, Universitetin tarixi 2006-cı ildən başlayır. Belə ki, 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılmışdır.

Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dəki sabiq səfiri Hafiz Paşayevdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?