“Əlil Qadınlar Cəmiyyəti ” ADPU Qubada

26.02.2024
“Əlil Qadınlar Cəmiyyəti ” ADPU Qubada

Quba filialında “Əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” adlı görüş keçirilib

22.02.2024-cü il tarixində “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin BMT-nin Etimad Fondunun (UN Trust Fund End Violence against Women) maliyyə dəstəyi ilə Quba şəhərində “Əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” adlı layihəsinin fəaliyyəti istiqamətində növbəti görüş keçirilib. Görüş ADPU-nun Quba filialının kiçik akt zalında keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin əməkdaşı Əhməd Nurullayev, Əlil Qadınlar Cəmiyyəti İB-nin Koordinasiya Şurasının sədri Nəhayət Şirinova, regionun ali təhsil ocağı olan ADPU-nun Quba filialının əməkdaşları, Humanitar və sosial elmlər fakültəsinin dekanı v.m.i.e. Mürvət Əliyev, Riyaziyyat və təbiət elmləri fakültəsinin dekan v.m.i.e.Nübar Bayramova, rayon koordinasiya şuralarının üzvləri, layihənin Xaçmaz rayonu üzrə əlaqələndiricisi Lalə Rəhmətullayeva, Qusar rayonu üzrə əlaqələndirici Sara Əliyarova iştirak ediblər.

Görüşdə həmçinin Koordinasiya Şurasının sədri Nəhayət Şirinovanın geniş formatda hesabatı dinlənilmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?