Danimarkanın “Kobenhavns Professions Hojskole” Universitetinin mütəxəssisləri ADPU-nun Quba filialında olub

06.10.2023
Danimarkanın “Kobenhavns Professions Hojskole” Universitetinin mütəxəssisləri ADPU-nun Quba filialında olub

6 oktyabr 2023-cü il tarixində Danimarkanın Kopenhagen Universitet Kollecinin (UCC) Coğrafiya departamentinin nümayəndələri Peter Mikael Hansen və Ditte Marie Pagaard ADPU-nun Quba filialında olmuşlar.

ADPU-nun Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasının müdiri dosent Oqtay Alxasovun müşayiəti ilə gələn qonaqları ADPU-nun Quba filialının direktoru f.e.d. dosent Yusif Alıyev qarşılayaraq onlara Quba haqqında və ADPU-nun Quba filialı haqqında geniş məlumat verib.
Dosent Yusif Alıyev qeyd etdi ki, son illər ADPU-nun Quba filialı Pedaqoji Universitetin beynəlxalq əlaqələr sahəsində əldə etdiyi uğurlardan yararlanaraq filialın beynəlmiləlləşməsi istiqamətində də əsaslı işlər görülür.
Daha sonra Kopenhagen Universitet Kollecinin mütəxəssisləri filiala tanış olmuş, Filialın “Tarix və coğrafiya müəllimliyi”, “Coğrafiya müəllimliyi” ixtisasının tələbələrini dərs prosesində izləmişlər.

Universitetdə yaradılan şəraitlə yaxından tanış olan qonaqlar qeyd ediblər ki, gələcək layihələrdə ADPU-nun Quba filialı ilə əməkdaşlıq etməklə bağlı təkliflər verəcəklər.
Görüşdə ADPU-nun direktor müavinləri t.f.d. İsmayıl Mahmudov, p.f.d. Aysel Şeydayeva, beynəlxalq əlaqələr üzrə mütəxəssis Dünya Əhədova da iştirak etmişlər.

Filialla tanışlıqdan sonra qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?