ADPU-nun Quba filialının əməkdaşına AAK-ın qərarı ilə fəlsəfə doktoru diplomu təqdim edilib

14.01.2023
ADPU-nun Quba filialının  əməkdaşına AAK-ın qərarı ilə fəlsəfə doktoru diplomu təqdim edilib
ADPU-nun Sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayevaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 28.12.2022-ci il tarixli qərarı ilə pedaqogika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib və 12 yanvar 2023-cü il tarixində ona AAK-da rəsmi şəkildə fəlsəfə doktoru diplomu təqdim edilib.
Elmi dərəcə alması münasibətilə hörmətli həmkarımızı ürəkdən təbrik edir, Aysel xanıma şəxsi və elmi fəaliyyətində daha böyük urğurlar arzu edirik.
P. S. Qeyd edək ki, son 3 ildə ADPU-nun Quba filialının 3 əməkdaşına AAK-ın qərarı ilə fəlsəfə doktoru, 1 əməkdaşına elmlər doktoru elmi dərəcəsi verilmiş, 1 nəfər əməkdaşı isə AAK-ın tələbləri əsasında nostrifikasiyadan keçmiş və tarix üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi verilmişdir. Həmçinin 1 əməkdaşı elmlər doktorluğu dissertasiya işini şurada uğurla müdafiə edərək AAK-a təqdim etmişdir
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?