Pandemiya dövründə də Tələbə və tədrisin idarə olunması şöbəsi öz işini sistemli qurmağı bacarmışdır.

Pandemiya dövründə də Tələbə və tədrisin idarə olunması şöbəsi öz işini sistemli qurmağı bacarmışdır.

ADPU-nun Quba filialının strukturunda mühüm yer tutan şöbələrdən biri də Tələbə və tədrisin idarə olunması şöbəsidir. Bu şöbə həm də əməkdaşlarının sayına görə böyük şöbələrdən biri sayılır və tərkibi 8 nəfərdən ibarətdir. Burada şöbə müdiri, 1 pedaqoji təcrübə rəhbəri, 1 baş mütəxəssis, 1 mütəxəssis, 3 operator və 1 dispeçer fəaliyyət göstərir. Şöbə filial üzrə bütün tədris prosesinin idarə olunmasında və tələbələrlə bağlı müvafiq işlərin yerinə yetirilməsində bilavasitə cavabdehdir. Belə ki, cari tədris ili üzrə akademik dərs yükünün kafedralar arasında və müvafiq surətdə professor-müəllim heyəti arasında proporsional və qüvvədə olan normativ sənədlərə müvafiq bölgüsünə nəzarət etmiş və bu zaman ən optimal variantı seçmişdir. Şöbə digər strukturlarla əlaqəli şəkildə işləmiş və hal-hazırda da bu istiqamətdə fəaliyyətini davam etdirir.
Filial yaranandan fəaliyyətə başlayan şöbənin bu sahədə tam 20 illik iş təcrübəsi vardır. Belə ki, o daim ADPU, digər strukturlarla ilə əlaqəli şəkildə işləyir və müvafiq sənədlərin yüksək səviyyədə və vaxtında mərkəzə çatdırılması sahəsində yorulmadan və əzmlə çalışır. Demək olar ki, tələbələr və professor-müəllim heyəti barədə bütün statistik məlumatlar və hesabatlar şöbədə cəmlənir və buradan da yuxarı təşkilatlara göndərilir. Daha dəqiq desək, tələbə qəbul olunduğu gündən qəbulla bağlı, imtahan sessiyaları, onun nəticələrinə görə kredit borcu hesablanması, ləğv olunması, kursdan-kursa keçmə, bütün növlər üzrə təqaüdlərin hesablanması, təyin olunması, saathesabı müəllimlərin işə qəbulu, köçürülən tələbələr barədə, xaric olunan, akademik məzuniyyət götürən və ya məzuniyyətdən qayıdan tələbələr barədə bütün sənədlərin hazırlanması, təqdimatların və əmrlərin verilməsi bilavasitə bu şöbə tərəfindən yerinə yetirilir. Bundan əlavə buraxılış kurs tələbələrinin pedaqaoji təcrübəsini təşkil edir, baza məktəbləri ilə müqavilələr bağlayır və daim tələbələrin təcrübəsini izləyir.  Tədris prosesilə  bağlı bizə mürtaciət edən hər bir tələbənin və valideynin sorğuları cavablandırılır və onlara müvafiq təlimatlar çatdırılır. Tədris ilinin sonunda buraxılış kurslarının Yekun Dövlət Attestasiyasını təşkil edir. İmtahanların gedişini, protokollaşdırılmasını təmin edir. Daha sonra bakalavr diplomlarına əlavələri kompütyer qaydasında dolduraraq təhvil verir. Ümumiyyətlə, dərs saatlarının yerinə yetirilməsi barədə hər ay müntəzəm olaraq mühasibatlığa əmrləri təhvil verir. Hər ayın 5-dən gec olmayaraq tələbələrin hərəkətinə dair müvafiq formalar üzrə hesabatları ADPU-nun Tədris departamentinə göndərir. Dərs cədvəllərinin, müvafiq qruplar üzrə dərs  cədvəllərinin, imtahan cədvəllərinin tərtib olunmasına və müvafiq struktur bölmələrə və tələbələrə çatdırılmasına nəarət edir. Müntəzəm olaraq Təhsil Nazirliyinin müvafiq sorğularına əsasən imtiyazlı tələbələrlə bağlı hesabatları müvafiq formalar üzrə onlara göndərir. Elmi Şuranın iclaslarında iştirak edir və rəhbərliyin hər bir tapşırığını yüksək səviyyədə yerinə yetirməyə çalışır.Pandemiya dövründə də Tələbə və tədrisin idarə olunması şöbəsi öz işini sistemli qurmağı bacarmışdır.

Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri Mələk xanım Bağırova.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?